Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
rodriqo

Filippin prezidenti: “Putin mənim ilahımdır”

Obamanı dəfələrlə təhqir etməklə dünya mediasının gündəminə gəlmiş Filippin prezidenti Rodriqo Duterte bildirib ki, Putin özünü prezident adına layiq aparır.

Virtualaz.org xəbər verir ki, “Əl-Cəzirə” telekanalına müsahibə vermiş Duterte Rusiya prezidenti Vladimir Putini ozünün ilahı adlandırıb.

Təqdim etdiyimiz videoçarxdan da gördüyünüz kimi, aparıcı Duterteyə müxtəlif şəxslərin və ölkələrin adları yazılmış lövhələri göstərir və prezident onlara münasibətini bildirir.

“Putini təsəvvür edərkən, mən özümü təsəvvür edirəm. Onun özünə görə heç bir illüziyası yoxdur. Bilir ki, əvvəldən siyasətçi, yaxud prezident olmağa hazır deyildi, O, özünü dövlət başçısı adına layiq şəkildə aparır”, – Rodriqo Duterte deyib.

Maraqlıdır ki, filippinli lider Hillari Klintonu şərh edərkən “o, yaxşı prezident olacaq”, Trampı şərh edərkən “yaxşı namizəddir” deyib.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Sarkisyan Ermənistanda genişmiqyaslı dəyişikliklərin anonsunu verdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: