Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
fikret-feremezoqlu

Fikrət Fərəməzoğluna yeni ittiham – Bu dəfə icra başçısından – Vəkildən açıqlama

“Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Fikrət Fəraməzoğlundan xüsusi ittiham qaydasında Masallı Rayon Məhkəməsinə şikayətlə müraciət edib. Rafil Hüseynov Fikrət Fəraməzoğlunu CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaqda ittiham edir”.

Arqument.Az xəbər verir ki, bunu Fikrət Fərəməzoğlunun vəkili Elçin Sadıqov feysbukda yazıb.
“Fikrət Fəraməzoğlu bildirdi ki, xüsusi ittiham qaydasında şikayət tamamilə əsassızdır və Rafil Hüseynovun oğlu BDYPİ-də işlədiyi üçün BMCMİ-nin göstərişi ilə bunu edir. Məqsəd onun (Fikrət Fəraməzoğlunun) yazdığı yazılara görə daha çox cəzalandırılmasına nail olmaqdır”, – deyə vəkil bildirib.
Qeyd edək ki, Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb. DİN həmçinin, bəyan edib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul tələb edib.
Jurnalistin vəkili ittihamlarla razılaşmadıqlarını açıqlayıb. Əgər ittihamlar sübut olunarsa, jurnalistə 5 ildən 10 ilədək həbs cəzası verilə bilər.
Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman “24 saat” qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.
F.Fərəməzoğlu son illərdə bir neçə dəfə prokurorluğa da çağırılıb. Ona yazılarına görə, xəbərdarlıq olunmuşdu.
Fikrət Fərəməzoğlu və ailəsi isə jurnalistin siyasi sifarişlə həbs olunduğunu iddia edirlər.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Avam sizsiniz! Millət avam deyil!” – Xalq şairindən bahalaşmaya kəskin etiraz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: