Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Fikrət Fərəməzoğlu istintaq təcridxanasına niyə köçürülmür?

Müzəffər Baxışov: “Barəsində həbs qətimkan tədbiri seçilən şəxs 24 saat ərzində istintaq təcridxanasına köçürülməlidir”

“CPM-nin 157-ci maddəsinin 3-cü bəndi bunu tələb edir”

Məlum olduğu kimi, jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu haqqında məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilsə də, jurnalist hələ də Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) təcridxanasnda saxlanılır.
Maraqlıdır, barəsində həbs qətimkan tədbiri seçilən şəxsin günlərlə müvəqqəti saxlanma yerində qalması, istintaq təcridxanasına köçürülməməsi qanunidirmi? Bu məsələlər Cinayət Prosessual Məcəlləsində (CPM) necə tənzimlənir?
Bununla bağlı 24saat.org-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilən şəxsin müvəqqəti saxlanma yerində 24 saatdan artıq saxlanılmasının yolverilməz olduğunu vurğuladı:
“CPM-nin 157-ci maddənin 3-cü bəndinə görə, əgər şəxs haqqında həbs qətimkan tədbiri seçilibsə, o zaman məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. CPM-nə görə, şəxsin nəqliyyat vasitələri ilə istintaq təcridxanasına aparılması müddəti göstərilən müddətə daxil deyildir. Yəni əgər şəxsin nəqliyyat vasitəsi ilə daşınması 2 və ya 3 saat vaxt tələb edirsə, bu vaxt göstərilən müddətə daxil deyil. BMCQMİ-nin saxlama yeri də müvəqqəti saxlama yeri hesab olunur. Ona görə də, əgər jurnalist haqqında məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilibsə, o, 24 saat müddətində istintaq təcridxanasına köçürülməli idi. Lakin çox əfsuslar olsun ki, CPM-nin 157-ci maddəsinin 3-cü bəndinin tələbinə bir qayda olaraq istintaq orqanı tərəfindən əməl edilmir. Həmin şəxslər 24 saat ərzində istintaq təcridxanasına köçürülmür. Bu isə çox ciddi qanun pozuntusudur”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Mehman Əliyev: “Prezident Administrasiyası hansı sayta kimin patronajlıq etdiyini bilir”

%d bloqqer bunu bəyənir: