Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
deli

Fikrət Fərəməzoğlu “DƏLİ” olmayacaq

Həbsdə olan jurnalisti Maştağaya göndərmək istəyirlər (!?)

Dostlar, bəlkə də bu məlumata bir çoxunuz inanmayacaqsınız. Həbsdə olan jurnalist, jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu ilə bağlı irəli sürülmüş ittihamı sübut edə bilməyən və gündən- günə ifşa olunduğunu görən ittiham tərəfi vəziyyətdən çox maraqlı “çıxış yolu” tapıb. Əldə etdiyimiz məlumata görə jurnalistin istintaqını aparan şəxslər ona təklif ediblər ki, səni Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərək və səndə psixoloji problemlərin olduğuna dair Maştağadan həkim rəyi alaq (!?). Daha sonra işi məhkəməyə göndərib sənin xəstə olmağını əsas gətirib işi yekunlaşdıraq. İlk baxışda kimsə deyə bilər ki, burda qeyri- adi nə var ki, hansı yolla edirlərsə etsinlər təki Fikrət Fərəməzoğlu azadlığa çıxsın. Məsələnin incə və qəliz tərəfi odur ki, razılıq verib susacağı təqdirdə jurnalist “dəli” elan edilir və ictimaiyyətə təqdim olunur ki, bu adam həm ağıldan seyrəkdir, həm də əqli çatışmazlığını özü də qəbul edir. Onun yazdıqları da həqiqətdən uzaq əqli çatışmazlığı olan adamın sərsəmləmələridir. Əldə etdiyimiz məlumata görə Fikrət Fərəməzoğlu təklifi qəbul etməyib. İstintaqın obyektiv aparılmasını və ədalətli məhkəmə ilə bəraət almaq istədiyini bildirib.
Dostlar, görürsünüzmü biz necə ölkədə yaşayırıq? Sap- sağlam və günahsız insanı şərləyib həbs edirlər, işgəncə verirlər. İrəli sürdükləri qondarma və əsassız ittihamları sübut edə bilməyəndə, görəndəki ittihamları ağ yalandır, ifşa olunur, yerimir təklif edirlər ki, gəl səni “dəli” edək. Özü də ki, bütün bunlar ölkənin tanınmış jurnalistlərindən birinə qarşı həyata keçirilir. Bunlar sağlam adamı xəstə, normal adamı dəli edəcək qədər qəddar və gerizəkalıdırlar.

Oktay Gülalıyev

Hüquq müdafiəçisi

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Naxçıvan həbsxanasından xəbər var

%d bloqqer bunu bəyənir: