FİFA rəsmisi özünü korrupsiya ittihamında təqsirli bilib


ABŞ-da venesuelalı futbol rəsmisi FİFA ilə əlaqəli aparılan təhqiqat işində ona qarşı olan korrupsiya ittihamlarını boynuna alıb.

Rafael Esquivel qəbul edib ki, o yarışların marketinq hüquqlarını satmaqla əlaqədar rüşvət alıb.

O, ötən il İsveçrədə bir lüks oteldə həbs edilən yeddi nəfərdən biridir.

Təhqiqata 40-dan çox şəxs və təşkilatlar daxildir.

Venesuela Futbol Federasiyasının sabiq prezidenti cənab Esquivel mart ayında ABŞ-a ekstradisiya olunub və gələn il digər 6 nəfərlə birgə məhkəmə qarşısına çıxacaqdı.

O, Brooklyn-də federal məhkəmədə reket əlaqəsi, fırıldaqçılıq və çirkli pulların yuyulmasında özünü təqsirli bilib.

O, həmçinin 16 milyon dolları ötürməyə razılaşıb.

Cənab Esquivel hər bir maddəyə görə 20 il həbs cəzası ala bilər.

İndiyədək 19 şəxs və iki şirkət ABŞ-da aparılan bu təhqiqat çərçivəsində ittihamları qəbul edib.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

İsrail mətbuatı: “Tramp bizi aldadır…”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: