Now Reading:
FİFA-nın keçmiş prezidenti öldü
Full Article 30 second read

FİFA-nın keçmiş prezidenti öldü



FİFA-nın keçmiş prezidenti Joao Avelanj bu gün səhər vəfat edib.

Milli.Az Mundo Deportivo-ya istinadən bildirir ki, 100 yaşlı Avelanj pnevmoniyaya qalib gələ bilməyib. O, iyul ayında Samaritano hospitalına yerləşdirilmişdi. Həmçinin 2014-cü ildə də nəfəs yollarının infeksiyası diaqnozu ilə də xəstəxanaya düşmüşdü.

Joao Avelanj 1916-cı il mayın 8-də Rio-de-Janeyroda anadan olub. Silah satışı ilə dolanan belçikalı atasına rəğmən, oğul idman dünyasına meyl edib. Avelanj FİFA-nın 7-ci prezidenti olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: