Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

FIFA-dan Türkiyənin oyunu ilə bağlı gözlənilməz qərar

FIFA ötən il baş tutan Türkiyə – Yunanıstan oyunu ilə bağlı şok qərar qəbul edib. ANS PRESS-in məlumatına görə, ali futbol qurumuYunanıstan millisinə 0:3 hesablı texniki məğlubiyyət verib.

Buna səbəb Yunanıstan millisinin FIFA qaydalarını pozması olub. Başakşəhərdə oynayan və 0:0 hesabı ilə başa çatan matçda Yunanıstanın heyətində meydana çıxan Apostolos Ciannunun əvvəllər rəsmi bir turnirdə Avstraliyanın U-21 yığmasının formasını geyindiyi məlum olub.

Türkiyə - Yunanıstan oyunu
Sonradan Yunanıstan Futbol Federasiyası onu əsas milliyə cəlb etsə də, futbolçunun yığmanı dəyişmək istəyi ilə bağlı FIFA-ya məlumat verməyib.

Bu üzdən ali futbol qurumu Türkiyə – Yunanıstan matçının nəticəsini ləğv edərək, yunanlara 0:3 hesablı texniki məğlubiyyət verib. Yunanıstan Futbol Federasiyası eyni zamanda 4 min İsveçrə frankı cəriməyə məruz qalıb.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Messini 22 ay həbs cəzası gözləyir

%d bloqqer bunu bəyənir: