Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
az-milli

FİFA Azərbaycan komandasının Rusiyaya getməsində maraqlıdır

Qurum maraqlıdır ki, dünya çempionatı kimi böyük turnirdən yaxşı qazanc əldə etsin

Futbol üzrə Azərbaycanın yığma komandasının 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinə uğurla başlaması böyük rezonansa səbəb olub. Yığma komanda ilk 3 oyunda 2 qələbə qazanıb (San – Marino 1:0, Norveç 1:0), bir oyunda isə heç-heçə (Çexiya 0:0) edib. Hazırda yığma 3 oyundan sonra qrupda 2-ci pillədə qərarlaşıb.

Azərbaycan yığmasının bəxti ikiqat gətirmişdi

Azərbaycan yığması qrupda Çexiya, Norveç və Şimali İrlandiya kimi ölkələri qabaqlayır, yalnız Avropa nəhənglərindən hesab olunan Almaniyadan geri qalır. Startda belə uğurlu nəticənin əldə edilməsi Azərbaycan yığmasının dünya çempionatının final mərhələsinə qatılmaq şanslarını artırır. Düzdü, seçmə mərhələnin başa çatmasına hələ çox var və növbəti turlarda ciddi dəyişiklilkər ola bilər. Ancaq futbol azarkeşləri artıq təhlillər aparmağa, proqnozlar verməyə başlayıblar. Biz də bu yazıda Azərbaycan yığmasının 3 oyundan sonra qazandığı nəticəni və DÇ perspektivini analiz etməyə çaılışacağıq.

Öncə onu qeyd edək ki, Azərbaycan yığması qələbə qazandığı ilk iki qarşılaşmada o qədər də yaxşı təsir bağışlamadı. Təsadüfi deyil ki, həm San-Marino, həm də Norveçlə oyunlarda qazanılan qələbədən sonra yığma komanda tənqid olundu. San-Marino futbol ölkəsi deyil, Avropanın ən zəif yığmalarından hesab olunur. Yəni bu komandanı hətta zəif oyunla da üstələmək mümkündür. Norveçin isə futbol ənənələri mövcuddur. Mütəxəssislər və idman jurnalistləri Norveçlə oyunda yığmamızın bəxtinin gətirdiyini iddia edirlər. Yığma yalnız Çexiya ilə səfərdə keçirilən oyunun 2-ci hissəsində yaxşı təsir bağışladı. Bunun müqabilində, son Avropa çempionatının final mərhələsində iştirak etmiş Çexiyanın həddindən artıq zəif oyun nümayiş etdirməsi də hər kəsi təəccübləndirdi. Deməli, Azərbaycan yığmasının bəxti ikiqat gətirmişdi. Birincisi, rəqiblər ələ düşən imkanlardan yararlana bilmirdilər. İkincisi isə Norveç və Çexiya yığmaları pis dönəmlərini yaşayırlar. Xüsusən də Çexiya yığması bəlkə də tarixinin ən pis dönəmindədir. Avropa çempionatının final mərhələsindən sonra bu komanda yenidən formalaşır. Baş məşqçi hələ heyəti komplektləşdirə bilməyib. Çexiya Azərbaycanla oyundan 3 gün öncə Almaniya ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub. Baş məşqçi Azərbaycanla oyunda heyətdə 7 dəyişiklik etməyə məcbur olub. Bu fakt Çexiya yığmasında komplektləşmə işinin aparılmasının göstəricisidir.

Azərbaycanın qabında nəyin olması Şimali İrlandiyada bilinəcək

Azərbaycan yığması noyabrın 11-də səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq. Bu komanda da son Avropa çempionatının final mərhələsində iştirak edib. Üstəlik, Şimali İrlandiya 4 xal toplayaraq, qrupda Azərbaycandan sonrakı pillədə qərarlaşıb. Deməli, Azərbaycan yığması üçün ən önəmli matç məhz Şimali İrlandiya ilə qarşılaşma olacaq. Yığma komanda bu səfərdən xalla qayıda bilsə, onda Rusiyaya yollanmaq şansları daha ciddi müzakirə olunacaq. Onu da nəzər alaq ki, oyundan-oyuna Azərbaycanın işi çətinləşəcək. Norveç və Çexiya yığmasının üzvləri azərbaycanlı futbolçulara yuxarıdan aşağı baxırdılarsa, şimali irlandiyalılar artıq onların aqibətindən dərs çıxarmış olmalıdılar. Səfərdə keçiriləcək bu qarşılaşmada əslində Azərbaycanın qabında nəyin olması bilinəcək.

Azərbaycan yığması böyük yox, “lazımlı” komanda olub

Azərbaycan yığmasının ilk 3 oyundakı uğurunda hakim dəstəyinin də önəmi olub. Heç kimə sirr deyil ki, FİFA hakimləri həmişə böyük və “lazımlı” komandalara loyal münasibət göstəriblər. Azərbaycan yığması həmişə bu imtiyazdan məhrum olub. Biz heç vaxt nə böyük, nə də “lazımlı” komanda olmamışıq. Ancaq deyəsən indi situasiya dəyişib. Yox, Azərbaycan böyük komanda olmayıb. Amma “lazımlı” komandaya çevrildiyi dəqiqdi. Nədənsə, seçmə mərhələnin ilk 3 turunda hakimlər Azərbaycan yığmasına simpatiya bəsləyiblər. Özü də aşırı simpatiya. Xüsusən də Bakıda Norveçlə keçirilən oyunda İsraildən olan baş hakimlər Azərbaycan yığmasına rəğbətini gizlətmədilər. Oyundan sonra norveçlilər hakimlikdən narazı qaldıqlarını və FİFA-ya şikayət edəcəklərini bildirdilər. Elə azərbaycanlı mütəxəssislər də hakimin yığmamıza rəğbət bəslədiyini qeyd ediblər. Azərbaycanlı hakim, sabiq beynəlxalq dərəcəli feferi Azad Mütəllimov mətbuata verdiyi açıqlamada bildirib ki, hakim ciddi səhvlərə yol verib və Azərbaycan yığmasının lehinə qərarlar qəbul edib: “Hər şey 32-ci dəqiqədə başladı. Svensson Ağabala Ramazanovla mübarizədə bizim futbolçuya qarşı kobudluq etməsə də, referi vəziyyəti foul kimi dəyərləndirməklə yanaşı, müdafiəçiyə heç nədən sarı vərəqə göstərdi. Bir dəqiqə əvvəl isə sol cinahda oynayan müdafiəçi də hakimin qəzəbinə tuş gəlib vərəqəylə “mükafatlandırılmışdı”. Bu bir növ hakim bicliyidi. Matçın əvvəlində müdafiəçilərə “sarı” göstərirsənsə, qalan dəqiqələrdə onlar bir qədər ehtiyatlı oynayırlar ki, komandasını azlıqda qoymasınlar. Yarım saatın tamamında artıq Liani bizə belə jest etmişdi. Görüşün qalan bölümündə də israilli ədalət təmsilçisi bir çox mübahisəli vəziyyətlərdə xeyrimizə qərar verməklə yadda qaldı. Son 20 dəqiqədə isə bizimkilər rəqiblə ikili mübarizələrdə yerdə qalan kimi – bunu özünü yerə atan kimi də yaza bilərsiz – fit çalıb oyunu dayandırırdı. Bununla o, həm matçın tempini aşağı salıb, Norveçin güclü təzyiqiylə üzləşən futbolçularımızın nəfəsini dərməsinə imkan verirdi, həm də cərimə zərbəsinin bizimkilərin vuracağını bildirirdi. Bu da istər-istəməz hesabı bərabərləşdirmək, qələbə qazanmaq istəyində olan skandinavları psixoloji cəhətdən “sındırırdı”

komanda.az

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Lotereyada 168 milyon avro udan süpürgəçi işə çıxmadı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: