Loading...
Loading...

FHN vətəndaşlara müraciət etdi

Yayda çimərlikdə xoş zaman keçirmək üçün hər birimiz təhlükəsizlik qaydalarını bilməliyik.

Fövqəladə Hallar Nazirliyi (FHN) bununla bağlı vətəndaşlara müraciət edib. Nazirlikdən Modern.az-a verilən məlumatda bildirilib:

Çimərlikdə qadağandır:

nəzərdə tutulmamış ərazilərdə çimmək;

çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

küləkli havada dənizə girmək;

çimərlikdə gecələmək,

sərxoş halda çimərlikdə olmaq;

suda kobud hərəkətlər etmək;

çimərlikdə balıq tutmaq;

xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Çimərliklərdə istirahət saat 900-dan 2000-dək daha təhlükəsizdir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

 

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Monitorinq baş tutdu

%d bloqqer bunu bəyənir: