Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
64322

FETÖ ilə əlaqə və qaçaqmalçılıq iddiasına gömrük rəisindən AÇIQLAMA – FOTOLAR

Mirməhəmməd Seyidov türkiyədə saxlandığını təsdiqləsə də, digər iddiaları təkzib edir

Sədərək Gömrük İdarəsində qanunazidd əməllər olması barədə mediada yazı dərc edilib. Arazmedia.az saytı iddia edir ki, oradan yük nəqliyyatı vasitəsi ilə insan qaçaqçılığı həyata keçirilir. Məqalədə qeyd edilir ki, qaçaq keçmək istəyən insanlar maddi maraq müqabilində yük avtomobillərinin görünməyən yerlərində gizlədilir, sənədləri olmayan və hüquq-mühafizə orqanalrından gizlənən şəxslər qarşı tərəfə yəni, Iğdır Vilayətindəki “Dilucu” sərhəd keçid məntəqəsinə keçirirlər.
“Təxminən 5 gün öncə, belə qaçaq yolla Türkiyə tərəfə keçirilmiş Azərbaycan vətəndaşı, “Dilucu” gömrükçüləri tərəfindən aşkar edilmiş və tutularaq, Naxçıvana geri təhvil verilmişdir” – qeyd olunan yazıda vurğulanır ki, bu, orada mütəmadi olaraq baş verir. “Bu hal artıq o həddə çatıb ki, insanlar, “pulunu ver, Sədərək gömrüyündən keç” ifadəsini açıq-aşkar səsləndirirlər. Hətta, idarə rəisi Mirməhəmməd Seyidov və işçiləri dəfələrlə məhz buna görə, Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dindirilib. Onlardan biri həbsdə saxlanılmış, didər üçü isə həbssiz istintaqa cəlb olunmuşlar. Lakin hansısa “gözəgörünməz” qüvvə hər dəfə Seyidovu həbsdən xilas edib”.
Məqalə müəllifi onu da əlavə edir ki, bir müddət öncə Mirməhəmməd Seyidovu Türkiyənin Qars şəhərinin hava limanında bu ölkənin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları saxlamışdı. “Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi də daxil olmaqla 17 nəfər saxlanılmışdı”.  Əlavə edilir ki, onlar rüşvət, qaçaqmalçılıq və digər  hüquqazidd əməllərdə şübhəli kimi saxlanılıblar.
Sayt Türkiyə mətbuatına istinad edərək yazır ki, saxlanılanların sorğu-sualı zamanı rüşvətin Sədərək gömrüyündə Mirməhəmməd Seyidov tərəfindən toplandığı, daha sonra Türkiyə tərəfinə aparılaraq, tərəflər arasında bölüşdürüldüyü ortaya çıxıb. “Həmçinin hər iki tərəfdən olan gömrükçülərin telefon danışıqları da məlum olub. Məlumatlarda bildirilir ki, Türkiyə tərəfindəki gömrük məmuru Seyidovu cib telefonu ilə arayanda “Sancılandım, mənə dərman göndər” deyərək pay istəyirmiş. Seyidovun isə qarşı tərəfə “Sancın üçün dərman göndərdim” deyə cavab verdiyi bildirilir. Normal günlərdə isə Sədərək Gömrük İdarəsinin rəisi toplanan rüşvət pullarını paket içində əməkdaşlıq etdiyi adamlara pay verirmiş”.
Yazıda Məhəmməd Seyidovun Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nun rəhbəri Fətulla Gülənin Naxçıvandakı ən sadiq adamlarından olduğu, Türiyədə qanunsuz əməllərinə görə həbs olunanda, məhz FETÖ tərəfindən azad etdirildiyi də iddia edilir. “Onun zaminə buraxılmağı üçün 5.000.000 milyon dollar Türkiyə məhkəməsinə pul verildiyi deyilir. O da qeyd olunur ki, Qars məhkəməsinin hakimləri, zaman-zaman Naxçıvana gələrək, açıq qalmış cinayət işi ilə bağlı Məhəmməd Seyidovu dindirirlər. FETÖ-nünn Naxçıvanda olan tərəfdaşlarının adıkeçən gömrük rəisinin maliyyələşdirdiyi iddia olunur”.
Yazıda vurğulanır ki, məlumatlar Sədərək Gömrük İdarəsindəki mənbə ilə dəqiqləşdirilib. Mənbə bildirib ki, qaçaq keçən 2 Azərbaycan vətəndaşı yük nəqliyyat vasitəsinə zorla mindiriliblər. Zonada fəaliyyət göstərən digər hüquq-mühfizə orqanları da Mirməhəmməd Seyidovun təsiri altında müdaxilə etməyiblər. Nəticədə, 2 Azərbaycan vətəndaşı gömrüyü qanunsuz keçərək Türkiyəyə keçə bilib. Lakin türk gömrükçüləri həmin şəxsləri tutaraq Naxçıvan Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Bundan sonra DTX həmin işlə məşğul olan məmurları istintaqa cəlb edib. İstintaqa cəlb edilən Elşən Tağıyev 15 noyabr tarixində Naxçıvan Gömrük Komitəsi tərəfindən sərəncama götürülüb.  Mənbə qeyd edir ki, M.Seyidov yenə bir qurban verərək özünü qurtarmağa çalışır. “Çünki 4 ay bundan əvvəl komitə sədri tərəfindən M.Seyidovun səlahiyyətləri o zaman təyin edilən müavininə şöbə rəislərinə həvalə edilmişdi”.
Mənbə iddia edir ki, M.Seyidov Türkiyədəki müəyyən qruplaşmalarla əlaqələri var. “Həmçinin ailə dostu olan Turkiyənin Igdır vilayətinin kaymakamının vasitəsilə  ilə bir neçə dəfə türk gömrüyünü bağlatdıraraq yük maşınlarının keçidini əngəlləyib. Bundan sonra Komitə sədri M.Seyidovun səlahiyyətlərini bərpa etməyə məcbur oldu və iclada dedi: “Bu gündən bütün səlahiyyətlərini qaytarıram, 2 ay ərzində sənin işinə heç kim qarışmayacaq”.  Bundan sonra M.Seyidov qanunsuz işlərində istifadə etdiyi kadrlarının əmrini Sədərək gömrüyünə aparmağa da nail oldu”.
Həçinin qeyd edilir ki, M.Seyidovun ailə dostu olan Turkiyənin Igdır vilayətinin kaymakamın 1 ay əvvəl FETÖ terror təşkilatı ilə əlaqələrinə görə həbs edilib.
M.Seyidovun yanacaq qacaqmalçılığı ilə məşğul olması barədə də məlumatlar var. “Turkiyənin İgdır vilayətində 3, Ərzurumda isə 1 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Qaçaq keçirilən yanacaqlar məhz M.Seyidovun öz yanacaqdoldurma məntəqlərində satılır”.
Mənbə həmçinin qeyd edir ki, İqdırdan gələn yük daşıyan kürd şirkətlərinin 80 faizi ilə ortaqlığı var. “Ortaqlığı qəbul etməyən şirkətlər Sədərk gömrük idarəsi vasitəsilə yük daşıya bilmirlər. Həmin kürd daşıma şirkətlərinin yük maşınları isə hər zaman növbədən kənar keçirlər. Bir neçə ay bundan əvvəl M.Seyidov vəzifədən uzaqlaşdırılan zaman bu şirkətlər onun qayıtması üşün ciddi qarışıqlıq yaratdılar, hətta bir neçə gün hər iki gömrük keçid məntəqəsi işləmədi”.
Məlumatda həmçinin qeyd edilir ki, M.Seyidovun Şərurda bir neçə evi, bağ evi, Bakıda Sahil ətrafı binalarda bir neçə mənzili, Türkiyənin İstanbul şəhərində oteli, ticarət mərkəzi, bir neçə villa və mənzilləri, Şahbuzun Batabat kəndində hazırda tikintisi davam edən 8000 m2 torpaq sahəsində 720 m 2 ölçüdə 4-5 milyon layihə dəyəri olan villa, Novxanida təxminən 7 milyon dəyəri olan bağ evi var. Bu evin bütün isitmə və elektron sistemi, hətta ağacların suvarılmasınadık  kənardan idarə oluna bilir”.
Həmçinin əlavə edilir ki, M.Seyidovun oğlu Fətullah Gülənə məxsus liseydə təhsil alıb və hazırda Amerikada illik təhsil haqqı 50 min dollar olan universitettdə oxuyur.
Sdərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidov barəsində yazılan məlumatları təkzib edib. O Bizimyol.info saytına bildirib ki, barəsində səsləndirilən iddiaların hamısı boş söhbətlərdir. Gömrük rəisi bir müddət əvvəl Türkiyədə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasını isə təsdiqləyib. “Belə bir şey olmuşdu, ancaq sonradan baxdılar ki, səhv məlumatdır, buraxdılar” – deyə M.Seyidov bildirib.  O, Türkiyədə saxlanan zaman azadlığa burxaılması üşün külli-miqdarda pul ödəməsi barədə iddiaları isə rədd edib.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Məktəb direktorunun həbsi ilə bağlı Təhsil Şöbəsindən AÇIQLAMA

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: