Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
fes

FES faizləri artıracaqmı?

ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabrda uçot dərəcələrinin artırmaq ehtimalı oktyabrın 24-də 71% təşkil edib.

24saat.org “Report”a istinadən bildirir ki, faizlərin artırılma ehtimalı keçən həftənin cümə günü, yəni oktyabrın 21-də 68%-ə bərabər olub. FES-in uçot dərəcələrinin artırmaq ehtimalının güclənməsinə səbəb kimi ABŞ iqtisadiyyatındakı göstəricilərin yaxşılaşması və FES idarə heyəti üzvlərinin müsbət açıqlamaları göstərilib. Belə ki, dünən açıqlanan ABŞ istehsal sektoru işgüzar aktivlik indeksi, proqnozlanan 51,5 bənd əvəzinə 53,2 bənd təşkil edib.

Bundan başqa, Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasında səsvermə haqqına sahib olan FES üzvü St. Louis ştatı FES rəhbəri Ceyms Bullard(James Bullard) bildirib ki, uçot dərəcələrinin artırılması üçün ən uyğun zaman dekabr iclasıdır. Çikaqo ştatı FES rəhbəri Çarlz Evansa(Charles Evans) görə isə 2017-ci ilin sonuna qədər FES 3 dəfə faiz artırmalıdır.

FES-in dekabrda uçot dərəcələrinin artırmaq ehtimalının yüksək olduğu bildirilir. Belə ki, dolların məzənnəsi oktyabr ayı ərzində digər valyutalarla müqayisədə 5%-ə yaxın möhkəmlənib. Uçot dərəcələrinin artırılması ehtimalının güclənməsi əmtəə qiymətlərinə də öz mənfi təsirini göstərib. Qızıl və digər metalların qiyməti azalıb, neftin qiyməti isə Vyana sammitinin nəticələrinin məlum olmaması səbəbindən 50 dollar/barel səviyyəsindən yuxarıda sabit qalıb. Fond birjası indeksləri də hələlik yüksək səviyyələrdə yerləşib. Fond birjası indekslərinin yaxın zamanlarda bir qədər geriləməsi proqnozlaşdırılır.
Ümumiyyətlə, FES-in dekabr ayında uçot dərəcələrini artırması maliyyə bazarları üçün keçən ilin dekabr ayında baş tutan faiz artırımı qədər çətin olmayacağı gözlənilir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ərdoğanı “erməni soyqırımı”na həsr olunmuş konsertə dəvət etdilər – TÜRKİYƏDƏ QALMAQAL

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: