Federika Mogerini bu gün Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək


Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bu gün Vyanada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək.

“Azadlıq” radiosunun xəbərinə görə, bu barədə jurnalistlərə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Petr Svitalski məlumat verib.

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Mayın 16-da da Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistan və Azərbaycan prezidentlərinə məhz belə bir bildirişlə müraciət edəcək”, – deyə P.Svitalski bildirib.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Sərkisyan: “Müharibə göstərdi ki, ordu nə gündədir”

%d bloqqer bunu bəyənir: