Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
fed-300x200

Fed-in dekabrda faiz artıracağı ehtimalı 71%-ə çıxdı

Fed fondları faizi (Fedin göstərici faizi) müddətli kontraktları, Fed-in Dekabr ayındakı iclasda faiz artırımına getməsi ehtimalını, Bazar ertəsi günü etibarilə 71 faiz kimi göstərir. Bu ehtimal ötən Cümə günü 68 faiz səviyyəsində idi.

Fed-in faiz artırmağa getməsi ehtimalında yüksəliş, güclü çıxan ABŞ-ın iqtisadi göstəricilərindən və Fed rəsmilərinin verdiyi açıqlamalardan irəli gəlir.

Federal Açıq Bazar Komitəsinin (FOMC) iclaslarında səsvermə hüququna malik üzvlərdən Sankt-Luis Fed sədri Ceyms Bullard, Dekabr ayındakı toplantının faiz artırmaq üçün “ən mümkün toplantı” olduğunu söyləyib. Səsvermə hüququ olmayan Çikaqo Fed sədri Çarlz Evans isə, 2017-ci ilin sonuna qədər üç faiz artırımı gözlədiyini deyib.

ABŞ-da dünən açıqlanan Oktyabr ayı emal PMI göstəricisi gözləniləndən daha yaxşı çıxdı.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Azərbaycan Xəzər regionunda hasilatı donduran yeganə ölkə ola bilər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: