Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

FED: “İlin sonuna kimi uçot dərəcəsi iki dəfə artırılacaq”

İlin sonunadək FED uçot dərəcəsini iki dəfə qaldıra bilər.

Fins.az xəbər verir ki, bunu Filadelfiyanın Federal Ehtiyat Bankının (Federal Ehtiyatlar Sisteminin (FED) tabeliyində fəaliyyət göstərir) prezidenti Patrik Harker deyib:”Hesab edirəm ki, inflyasiya hədəflənən səviyyəyə gələn il qayıdacaq. Mənim gözləntilərimə görə, ilin sonunadək uçot dərəcəsi iki dəfə artırılacaq”.

Britaniyada keçirilən referendumun birjalarda qeyri-müəyyənlik yaratdığını etiraf edən P. Harker qeyd edib ki, ABŞ üçün “Brexit”in təsiri o qədər də ciddi deyil. Onu da qeyd edək ki, P. Harker FED-in pul-kredit siyasəti ilə bağlı səsverməsində iştirak etmək hüququna malik deyil.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Hökumət enerji bölməsinin borclarını əhalinin üzərinə yükləyir – EKSPERT

%d bloqqer bunu bəyənir: