24 saat

FED: Bu il üçün ən az bir faiz artım yetərlidir


Atlanta FED rəhbəri Dennis Lockhart, ABŞ iqtisadiyyatının böyüməsinin sürətləndiyini vurğulayaraq, bu il ən az bir faiz artımına zəmin yarandığını söyləyib.
Lockhart, “Hazırda hər hansı bir siyasi mövqeyə bağlı deyiləm və düşünürəm ki, bu il üçün ən az bir faiz artımı uyğundur”, dedi.
FED səlahiyyətliləri məşğulluq bazarının gücləndiyi ilə bağlı məlumatları isə önümüzdəki ay üçün faiz artımının olmayacağını göstərir.
New York Fed Başçısı William Dudley isə yeni bir faiz artırımının sentyabr konfransında mümkün ola biləcəyini söyləyib.
Ehtimallara görə, 20-21 sentyabr tarixlərində keçiriləcək FOMC toplantısında faizlərin yüksəlməsi ehtimalı təxminən yüzdə 22 olarkən, dekabr ayı faiz artımı ehtimalı yüzdə 50-dir.
Lockhart həmçinin tam məşğulluğa yaxın olduqlarını və ödənişlərin yüksəldiyini ifadə edib.
(fins.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: