Now Reading:
FED bu il uçot dərəcəsini iki dəfə artıracaq
Full Article 30 second read

FED bu il uçot dərəcəsini iki dəfə artıracaq



ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini iki dəfə artıracaq. Bu barədə “Reuters” agentliyi yazır.

Agentliyin keçirdiyi sorğuda iştirak edən iqtisadçı və analitiklərin 80%-i hesab edir ki, ilk artım iyun ayında, ikinci isə ilin sonunda baş verəcək.

İqtisadçıların fikrincə, iyunda FED rəhbərliyi uçot dərəcəsini 0,5-0,75%-dək artıracaq.

Bununla yanaşı, ekspertlər hesab edir ki, aprelin 26-27-də baş tutacaq növbəti toplantıda FED uçot dərəcəsini dəyişməyəcək.

Qeyd edək ki, martda baş tutan son iclasda FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,50% diapazonunda saxlayıb. ABŞ Mərkəzi Bankı bunu qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edib.

(apa)

 

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: