Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Fazil Məmmədov oliqarxların həfədində

fazil_memmedov

Vergilər Naziri Fazil Məmmədov

Mətbuatda iri ticarət mərkəzlərində ərzaq məhsullarının seyrəldiyi barədə məlumat verilib. Həmin məlumatlarda bildirilir ki, bu tedensiyanın səbəbi monopolistlərin ticarət mərkəzlərinə satdıqları mala görə qaimə verməməsidir. Məsələ burasındadır ki, son vaxtlar Vergilər Hazirliyinin əməkdaşları iri ticarət mərkəzlərindən aldıqları malların qaimələrini tələb edir. Qaimə olmadıqda həmin malların satışına qadağa qoyulur. Bildirilir ki, Vergilər Nazirliyi bununla idxal mafiyasının, həmçinin gömrüyün dövriyyəsini bilmək istəmir. Bu baxımdan da idxal mafiyası ticarət mərkəzlərinə satdıqları mala görə qaimə vermir. Bəzi iddialara görə, vergilər naziri Fazil Məmmədovun bu addımı Dövlət Gömrük Komitəsinin rəhbərliyini hiddətləndirib və onlar arasında gərginlik yaranıb. 24saat.org-a daxil olan məlumata görə, bu günlərdə Bakıda fəaliyyət göstərən iri marketlər şəbəkəsinin rəhbərlərinin iqtisadiyyat naziri Şahin Mustafayevə müraciəti də oliqarxlar və Fazil Məmmədov arasındakı ziddiyyətlərin təzahürüdür. Qeyd edək ki, bir neçə gün əvvəl “Bizim market“lər şəbəkəsi adından təsisçi Rasim Salmanov, “FRESKO” və “SƏBƏT” marketləri adından direktor Kamran Eyyubov, “Rahat” marketlər şəbəkəsi adından təsisçi Cəlal Babakişiyev, “Makromart” marketlər şəbəkəsinin təsisçisi Kamal Əliyev, “Araz” marketlər şəbəkəsi adından İlqar Nuri, “Neptun” maketlər şəbəkəsi adından direktor Vüqar İbrahimov, “Bolmart” marketləri adından Elçin Kərimov, “Favorit” marketlər şəbəkəsi adından Aydın Əzizov, “Mega store” və “Sarı” marketləri adından Eşqin İsmaillinin imzasıyla Şahin Mustafayevə müraciət olunub.

Həmin müracəitdə nazirdən vergi yükünün azaldılmasını xahiş edilib. Xatırladaq ki, təsdiqlənməyən məlumatlara görə, “Neptun” marketlər şəbəkəsinin Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbovun, “Favorit” marketlər şəbəkəsinin deputat Madər Musayevin, “Araz” marketlər şəbəkəsinin hakim ailənin patornajlığı altında fəaliyyət göstərdiyi iddia olunur.

Digər iri marketlər də müxtəlif məmurlara bağlıdır. Bütün bunlar isə deməyə imkan yaradır ki, əslində, bu müraciət Fazil Məmmədovu küncə sıxışdırmaq üçündür. Lakin onların bu istəyinə nail olub-olmayacaqlarını zaman göstərəcək.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Hindistan Britaniya kraliçasının tacındakı almazı tələb edir

%d bloqqer bunu bəyənir: