Advertisements
24 saat

Fazil Məmmədov müşavirini işdən çıxartdı


Vergilər naziri Fazil Məmmədov Habil Amil oğlu Məmmədovu müşavir vəzifəsindən azad edib.

H.Məmmədov Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi təyin edilib. O, bu vaxta qədər həmin departamentin rəisinin vəzifəsini müvəqqəti icra edirdi.

Nazir həmçinin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə yeni rəis təyin edib. Adıçəkilən departamentin yeni rəisi baş vergi xidməti müşaviri Səməd Ədil oğlu Vəliyevdir. Qeyd edək ki, V.Səmədov bundan öncə 2 saylı Ərazi Vergi Departamentinin (ƏVD) rəisi olub.

Qeyd edək ki, hazırda nazirin müşavirlərinin sayı 9-dur. Bu, Ələkbər Comərd oğlu Məmmədov, Riyad Zakir oğlu Hüseynov, İlham Əli oğlu Əmirəliyev, Taryel Aydın oğlu Quliyev, Elçin Fərrux oğlu Məmmədov, Rəşad Vaqif oğlu Həbibov, Firuz Akif oğlu Həsənov, Əflatun Məsim oğlu Məmmədov və Natiq Telman oğlu Şirinovdur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: