Advertisements
24 saat

Fantastik filmlər gerçəyə dönür – İnsanlar gözəgörünməz olacaqlar


Elmi-fantastik əsərlərdə görünməz adamlar və əşyalar fenomeni artıq gerçək həyata da sirayət edəcək.

Elm adamları ilk dəfə olaraq üçölçülü bir əşyanı görünməz şəklə sala biliblər. Texas Universitetinin alimləri 18 sm-lik silindr formalı borunu görünməz edə biliblər.

Dünya miqyasında xeyli alim obyektləri görünməz etmənin yolları haqqında düşünüblər. Burada əsas proses süni maddələrdən istifadə etməklə obyektin ətrafındakı işıq qırılmalarını yaratmaqdır. Bu yolla tədqiqatçılar ikiölçülü obyektləri görünməz hala gətirməyi bacarıblar. Texas Universitetinin alimləri isə ilk dəfə olaraq üçölçülü obyektlər üzərində bu üsulu sınadılar. Müsbət sonluqla nəticələnən sınaq müddətində alimlər işığın tərkibinin dəyişməsi ilə obyektin görünməz hala gəlməsini yoxlayıblar. (moderator)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: