Loading...
Loading...

“Facebook”da mesajlar avtomatik silinəcək

“Facebook”da yeni dövr başlayır. ANS PRESS-in məlumatına görə, yaxın günlərdə sosial şəbəkədə “öz-özünü təmizləyən” mesaj dövrünə start veriləcək. Bundan sonra istifadəçilər göndərdikləri mesajların bir müddət sonra silinməsini təmin edə biləcəklər.

Son zamanlar sosial şəbəkələrin və mesajlaşma proqramlarının istifadəçi gizliliyinə, təhlükəsizliyinə xüsusi önəm verdiyinin şahidi oluruq. “Facebook”un sahib olduğu “WhatsApp”ın təhlükəsizlik tədbirlərini gücləndirməsindən sonra indi də sosial şəbəkə bu addımı atıb.

Şirkətdən verilən məlumata görə, tezliklə istifadəyə veriləcək yeni tətbiq sayəsində istifadəçilərin yazdığı mesajlar bir müddət sonra onların istəyindən asılı olaraq silinəcək. Belə ki, proqram istifadəçiləri mesajların silinməsi üçün gün, ay, il seçə biləcəklər.

Mesajlarının silinməsini istəməyən insanlar bu funksiyadan istifadə etməyə bilərlər. Bununla bərabər “Facebook”un mesencerin “gizli söhbət” tətbiqini də istifadəyə verməsi gözlənilir. Hələ ki İOS sistemlərdə mövcud olan bu yenilik tezliklə Androidlərdə də tətbiq ediləcək.

Ötən ay “WhatsApp” göndərilən bütün mesajları, şəkilləri, səs yazılarını şifrələyib. Belə ki, göndərdiyiniz ismarışlar heç bir üçüncü şəxs tərəfindən sındırıla bilməyəcək. Hətta şirkətin özü belə göndərdiyiniz mesajları görmək imkanlarına sahib olmayacaq.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sabirabadlı fermer : «Başımıza oyun açırlar»

%d bloqqer bunu bəyənir: