Now Reading:
“Facebook”da elan xidməti yaradılacaq
Full Article 40 second read

“Facebook”da elan xidməti yaradılacaq



Populyar “Facebook” sosial şəbəkəsinin istifadəçiləri artıq bundan sonra əşyaların satışı ilə bağlı elanlarını da dərc edə biləcəklər.

İKT.lent.az şirkətinin yaydığı məlumatda bildirilir ki, “Facebook” “Marketplace” adlanan yeni xidməti istifadəyə verib.

Bu xidmətin sayəsində sosial şəbəkənin istifadəçiləri əşyaların satışı ilə bağlı elan dərc etmək imkanı qazanacaq. Şirkət rəsmiləri bildirir ki, gündəlik olaraq “Facebook”da geyim və paltar satışı ilə bağlı elanları 450 milyon insan ziyarət edir. Bunun üçün də istifadəçilərin əşyalarını satmasına və almağı sadələşdirməyə kömək etmək üçün qərar qəbul edilib.

“Marketplace” çox asanlıqla sizin bəyəndiyiniz yeni əşyaları tapmağa imkan verəcək. Həmçinin sizin vidalaşmağa hazır olduğunuz əşyalarınız üçün yeni ev tapmağa kömək olacaq”, – deyə “Facebook”un məlumatında deyilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: