Advertisements
24 saat

“Facebook” zərərdə


“Facebook” sosial şəbəkəsinin səhmlərinin dəyəri aşağı düşüb.

Moderator.az İKT.lent.az-a istinadən xəbər verir ki, noyabrın 2-də ABŞ fond birjasının qapanmasından sonra “Facebook”un bir səhminin qiyməti 7,85% azalaraq 117,19 dollara düşüb.

Səbəb şirkətin reklam gəlirlərinin artımının yavaşlayacağı barədə xəbərin yayılmasıdır. Şirkətin maliyyə direktoru Devid Vener bildirib ki, istifadəçilərə göstərilən reklamların həcminin məhdudlaşdırılması nəticəsində bu sahədə gəlir artımı yavaşlayacaq.

“Facebook” rəhbərliyi istifadəçiləri reklamlarla bezdirməməyə çalışır. Bundan başqa, şirkət gələn il böyük həcmli yatırımlar planlaşdırır ki, bu da xərclərin ciddi artımı deməkdir.

Qeyd edək ki, “Facebook”un əsas gəlirləri reklamdan əldə olunur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: