Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Facebook-un həmtəsisçisi də Trampa qarşı çıxdı

«Tramp təhlükəli və bölücüdür»

Facebook sosial şəbəkəsinin həmtəsisçisi Dustin Moskovitz ABŞ-dakı prezident seçkilərində 20 milyon dollarından keçəcək. O bu «əliaçıqlığı» respublikaçı namizəd Donald Trampın qələbə qazanmaması naminə edir. Bu barədə o, sentyabrın 9-da bloqunda bəyan edib.

Belə bir bəyanatla çıxış etmək əvvəllər siyasətə qarışmayan birisi üçün gözlənilməz addımdır.

Silikon Vadisinin iş adamı respublikaçıların prezidentliyə namizədini«təhlükəli və bölücü» adlandırıb, amerikalılara müraciətində bu siyasətçinin «tam əleyhinə» olduğunu bildirib.

Moskovitz hesab edir ki, Trumpdan fərqli olaraq demokratların namizədi Hillari Klinton «optimizm, praqmatizm, şəffaflıq və qarşılıqlı mənfəət yönündə çalışır».

«Tramp udarsa…»

Bütün əmlakı 10 milyard dollar qiymətləndirilən Moskovitz seçki kampaniyasına ayırdığı 20 milyonu Trampa qarşı mübarizə aparan 6 qrup arasında bölməyə söz verib. Bu məbləğdən Demokrat Partiyasının namizədi Hillari Klinton-un seçki qərargahına da pay düşəcək.

«Demokratlara səs verəcək bir çoxları kimi, biz də onların platformasındakı hər bir bəndi dəstəkləmirik. Amma tamamilə aydındır ki, əgər Klinton seçkiləri udarsa, Amerika bizim görmək istədiyimiz dünyaya daha çox yaxın olacaq. Əgər Tramp qalib gələrsə, ölkə geriyə gedərək dünya ictimaiyyətindən daha çox təcrid ediləcək», -Facebook-un həmtəsisçisi belə hesab edir.

Moskovitz Trampın seçkiqabağı vədlərini də inandırıcı saymır və onun miqrasiya haqqında olan siyasətinin «həm Amerika vətəndaşları, həm də əcnəbilər üçün zərərli» olduğunu düşünür.

Tramp çox çalışsa da, texnoloji elitanın dəstəyini ala bilmir

Donald Tramp var qüvvəsi ilə partiyasının texnoloji elitadan tutarlı dəstək alması istiqamətində çox çalışıb. Nümayəndələr Palatasının spikeri Paul Ryan da neçə illərdir ki, partiyanın sənayeçilərlə münasibətlərinin möhkəmləndirilməsi uğrunda ciddi iş aparıb. Ancaq nəticə uğurlu deyil.

Oracle-ın həmtəsisçisi Larry Ellison ilkin seçkilərdə Floridadan olan respublikaçı Marco Rubio üçün 5 milyonunu xərcləyib. Ancaq Rubio prezidentlik uğrunda mübarizədən geri çəkildikdən sonra o seçkilərə pul qoymayıb.

Hewlett Packard-n icraçı direktoru, respublikaçı xanım Meg Whitman-ın Trampdan elə zəhləsi gedir ki, hələ keçən ay Clintonu dəstəkləyərək onun kampaniyasına tutarlı məbləğ verəcəyini vəd edib.

O 201 dollarlıq çek ala bilib

Texnoloji liderlərdən Tramp-a az-cox qanı qaynayan PayPal-ın həmtəsisçisi Peter Thiel-dir. O Respublikaçılar Partiyasının Klivlenddəki Milli qurultayında Trump-ın nümayəndəsi kimi çıxış edib.

Bununla belə, 4 il əvvəl respublikaçı namizəd Ron Paul üçün 2,4 milyon dollar sərf etmiş bu milyarder Tramp-ın kampaniyasına vur-tut 201 dollarlıq çek yazıb.

Moskovitz üçüncü olur

Moskovitz demokratik ianəsi barədə «Hərəkət etməyə məcburam» adlı yazısında yazıb. Buna qədər o federal kampaniyaya ancaq bir dəfə, 2013-cü ildə demokrat Sean Eldridge üçün 5200 dollar kömək edib. Facebook-un digər həmtəsisçisi Eldridge-in əri isə Nyu-Yorkdan Konqresə yer uğrunda mübarizədə uğursuz nəticə əldə edib.

20 milyonluq ianə Moskovitz-i 2016-cı il prezident seçkilərində 3-cü ən böyük donor pilləsinə çıxarır. Bu sıralamada ondan öndə gələnlərdən biri Trampın əsas sponsoru Bob Merser-dir. O respublikaçı namizədin kampaniyasına 20 milyondan bir qədər çox məbləğ ayırıb.

Kaliforniyalı milyarder Tom Steyer demokratların namizədinin qələbəsi üçün rekord həddə, təqribən 40 milyon dollarından keçib. (azadliq.org)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Samsung Note 7-nin satışını dayandırdı

%d bloqqer bunu bəyənir: