Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Facebook” qarşıdakı 10 ildə dünyanı neçə dəyişəcək -ŞOK YENİLİKLƏR

Qısa zamanda dünya düzənini dəyişən “facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq virtual dünya nəhənginin gələcək on ildəki inkişafı barədə heyrətamiz faktlar səsləndirib. Maraqlı məqam budur ki, o bu inkişaflara rəğmən “facebook”un fəaliyyətinin dondurulma ehtimalı olduğunu da qeyd edib.

24saat.news qarşıdakı on ildə “facebook” sosial şəbəkəsində dünyanı dəyişdirəcək gücdə olan bəzi yeniliklərdən yazacaq:
1-Təhsil: Mark Zukerberqin sözlərinə görə, “facebook” gələcək on ildə hətta 5 milyarda insana belə təhsil vermək gücündə olacaq. Yəni, məkandan asılı olmayaraq virtual təhsil üsullarından bütün Yer kürəsi faydalana biləcək.
2-Marketinq xidmət: Mark Zukerberq qarşıdakı on il üçün ən çox bu məqama diqqət edəcəklərini bildirib. Hətta sifarişləri də bizim yerimizə “facebook” özü verəcək. “Sosial şəbəkənin gələcək marketinq xidməti layihələri artıq dünyanın bir çox şirkətlərini özünə cəlb edib. Avropa və ABŞ-ın nüfuzlu şirkətləri “facebook”la bu yöndə müqavilə imzalamaq üçün tələsirlər.
3-“Skype”ni sıradan çıxaran yenilik: Qarşıdakı on ildə sosial şəbəkədə yazılı və səsli ünsiyyəti əsasən görüntülü söhbət əvəzləyəcək. Artıq bu istiqamətdə müəyyən işlər də görülüb. Bundan sonra məşhur “Skype” proqramının sıradan çıxmasına səbəb olacaq.
4-Effektlər: “Facebook”un qarşıdakı illərdə elə videoları olacaq ki, onları yalnız xüsusi effektli (3d və s.) eynəklərlə izləmək mümkün olacaq.
5.Virtual səyahət- Mediaya gizli şəkildə sızdırılan məlumatlardan biri də “facebook” vasitəsilə virtual səyahətin olmasıdır. Bu təbii ki, nisbətən qeyri-real görünür. Yəni xüsusi proqram və eynəklər vasitəsilə “facebook” qarşısından çəkilmədən istənilən ölkəyə, hətta planetə də səyahət etmək mümkündür. Bu zaman istifadəçi öz masasından ayrılmasa da, özünü başqa bir yerdə hiss edəcək. Bunu tam anlamaq üçün məşhur “Avatar” filmini xatırlayaq. Orada da xüsusi proqram vasitəsilə yerindən tərpənməyən insan səyahət etmək imkanına malik olur.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Müəllimlərin bizə göstərmədiyi 8 elmi təcrübə – MÖHTƏŞƏM VİDEO

%d bloqqer bunu bəyənir: