Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Facebook” istifadəçilərinin söhbətlərinə qulaq asır

Cənubi Florida Universitetinin kütləvi kommunikasiyalar üzrə eksperti, professor Kelli Barns apardığı təcrübə zamanı sübut edib ki, tanınmış “Facebook”sosial şəbəkəsi istifadəçilərinin söhbətlərinə qulaq asır.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, Barnsın fikrincə, “Faceboook”un mobil əlavəsi vasitəsilə danışıqları dinləmək üçün smartfonun mikrofonundan istifadə olunur. Bu fərziyyəni yoxlamaq üçün professor bir neçə seçilmiş mövzuda danışıb, bu zaman onun mobil əlavəni yüklədiyi smartfonu yaxınlığında olub. Qısa müddətdə mobil əlavə ona danışılan mövzuya uyğun reklam göstərib.

“Faceboook”un mobil əlavə vasitəsilə ətrafda baş verənlər haqqında informasiya toplama funksiyası 2014-cü ildən yaranıb. İxtiraçılar o zaman bildirirdilər ki, bu, yalnız istifadəçilərin nə etdiklərini müəyyənləşdirmək üçün istifadə olunur.

Lakin Barns sübut edib ki, Facebook istifadəçilərini sosial şəbəkədə məhz kommersiya xeyri güddüyü üçün izləyir.

Şirkətdən bildiriblər ki, mobil cihazların mikrofonundan informasiya toplamaq üçün istifadə olunmur: “Bu danışıqlar yazılmır”.

Xatırladaq ki, sözügedən funksiyanı düzənləmələrdən söndürmək olur və hazırda bu bütün ölkələrdə işləmir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Astroloji proqnoz – 03 iyun

%d bloqqer bunu bəyənir: