Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Facebook-da çoxdan gözlənilən yenilik

Facebook-da canlı yayım funksiyasından artıq yalnız smartfon istifadəçiləri istifadə etməyəcəklər.

24saat.org technote.az-a istinadən bildirir ki, sosial şəbəkə bu funksiyanı PC və noutbuklarüçün də gətirir. “Technote.az”ın “Adweek.com”a istinadən verdiyi xəbərə əsasən bəzi istifadəçilər üçün artıq Live Video düyməsi aktiv şəkildədir. Qeyd edək ki, Live video funksiyası keçən ilin yay fəslində təqdim olunmuşdu. Funksiya yalnız məşhur adamlar üçün nəzərdə tutulmuşdu və yalnız onlar canlı yayım videolarını öz pərəstişkarları üçün paylaşa bilirdirlər. Daha sonradan isə bu funksiya hamı üçün aktiv oldu. Smartfonlarda canlı yayımı işə salmaq üçün statusu yeniləyib Live video düyməsinə klikləmək kifayətdir. Məlumata əsasən PC-ə bu funksiyanın əlavə olunmasında əsas səbəb jurnalist və bloggerlər tərəfindən olan böyük tələbatdır. Hal-hazırda canlı yayım funksiyası yalnız bəzi PC istifadəçiləri üçün aktivdir. Lakin yaxın aylarda bu funksiya hamıya təqdim olunacaq.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

12 yaşlı uşaq intihar etdi – Ailəsi məktəb forması ala bilmədiyinə görə

%d bloqqer bunu bəyənir: