Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Fətullah Gülənin itiyəm” deyən professor — PEŞMAN OLUB

Türkiyədəki Atatürk Universitetinin mühəndislik fakultəsinin sabiq müəllimi, professor Sabri Çolak “Mən Fəthullah Gülənin itiyəm” ifadəsi ilə tanınırdı.

O, iyulun 15-dəki dövlət çevrilişinə cəhddən sonra saxlanılıb. Ərzurum Cumhuriyyət Prokurorluğunda verdiyi ifadəsində S.Çolak “Fəthullah Gülənə olan sayğım və sevgim bitdi, peşmanam” deyib.
S.Çolak “nurçular” arasında nüfuzlu şəxsdir və “Abi” (“böyük qardaş”) ləqəbi ilə tanınır.
İndisə “nurçu” professor mövqeyini dəyişdiyini söyləyir. “İyulun 15-dəki qanlı hadisələr məni çox sarsıtdı. Fəthullah Gülən sevdiyim, sayğı duyduğum insan idi. İndisə o sevgi bitib. Ona qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilərs, Gülənə mümkün qədər çox zərər verməyə çalışacağam. O adam gözümdən düşüb. Onun hərəkatına sadəcə, rəğbət bəsləmişəm. Pul toplamamışam, qurumlarına yradım etməmişəm. 2013-cü ildə bir dostumla ABŞ-a yollandım, Pensilvaniyad Fəthullah Gülənlə görüşdüm. Amma heç yerdə “Gülənin itiyəm” demədim. İftiradır”, – S.Çolak deyib. (milli.az)

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Ukraynada İŞİD düşərgələri var?

%d bloqqer bunu bəyənir: