Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Fətullah Gülənin Azərbaycan ordusuna təsiri nə qədərdir?

Üzeyir Cəfərov: “Bizim ordumuzda belə bir problem yoxdur”

Son günlər Türkiyədə bəzi media əməkdaşları və politoloqlar Azərbaycan ordusu ilə bağlı narahatverici iddialar səsləndirməkdədir. Onlar iddia edir ki, Türkiyə ordusunda olduğu kimi, Azərbaycan ordusunda da Fətullah Gülən tərəfdarları ola bilər. Onlar bunu Azərbaycan ordusunun formalaşmasında türk zabitlərinin yaxndan iştirak etməsində, azərbaycanlı kursantların bəzisinin Türkiyədə təhsil alması ilə əlaqələndirir.
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri Üzeyir Cəfərov bu ehtimalı inandırıcı hesab etmədiyini bildirib:
“Doğrusu, bu iddialardan çox uzağam. Mən vaxtiylə Türkiyədə təhsil alan, Azərbaycan ordusunun formalaşmasında iştirak edən şəxslərin bu istiqamətdə hər hansı açıqlamasına şahid olmamışam. Zaman keçdikcə Türkiyə ilə bağlı məsələlərdə də çox şey aydınlaşacaq. Minlərlə, on minlərlə insanı Fətullah Gülənlə əlaqələndirmək, onların hamısını Türkiyə hakimiyyətini devirməkdə ittiham etmək, hesab edirəm ki, doğru yanaşma deyil. Türkiyə SQ-ri ilə bağllı yaşananlar məni çox narahat edir. Azərbaycanda Hərbi Əks-Kəşfiyyat, DTX və s. var. Odur ki, bu məsələ ilə bağlı hər hansı narahatlığa əsas görmürəm. Azərbaycanda vəziyyət tamamilə nəzarət altındadır. Ola bilsin ki, kiminsə kiməsə fərd olaraq simpatiyası olsun. Lakin bunun ordu quruculuğu, ordu prosesinə heç bir təsiri yoxdur”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Bürclər – 27 iyul

%d bloqqer bunu bəyənir: