Loading...
Loading...

Fərman Kərimzadənin oğlunun məhkəməsində şahid ifadə verdi

“İşi həll edə bilmədi, pulumu geri almağı bacardım”

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış yazıçı Fərman Kərimzadənin dələduzluqda təqsirləndirilən oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Abbas Ağacanov ifadə verib. O, ifadəsində bildirib ki, bir işinin həll dilməsi üçün Əziz Kərimzadəyə pul verib “Bir iş vardı, onu həll edə biləcəyini dedi. Nağd olaraq ona pul verdim. Üstündən bir müddət keçəndən sonra işi həll edə bilmədi. Pulumu geri almağı bacardım”.
O, təqsirləndirilən şəxs barəsində hər hansı şikayətinin olmadığını qeyd edib.
Digər şahidlər məhkəməyə gəlmədiyi üçün məhkəmə şahidlərin məhkəməyə məcburi gətirilməsi haqqında qərar çıxarıb.
Qeyd edək ki, Ə.Kərimzadə 4 nəfərdən  60 min manat pulu dələduzluq yolu ilə almaqda ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Ə.Kərimzadə daha əvvəl də eyni əməllə ittiham edilib. Belə ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.
 bizimyol.info

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Nazir direktoru işdən qovdu – Kollecin həyətində bina tikilirmiş

%d bloqqer bunu bəyənir: