Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Fənərbaxça” klubunun prezidenti cəzalandırılıb

“Qalatasaray”la “Fənərbaxça” arasında Antalyada oynanan Türkiyə kubokunun final matçından sonra verdiyi açıqlamalar səbəbindən haqqında şikayət olan “Fənərbaxça” klubunun prezidenti Aziz Yıldırım cəzalandırılıb.

Apasport.az saytının Türkiyə mediasına istinadən məlumatına görə, o, 3 ay müddətinə klubun bütün idman növlərindəki oyunlarını yerində izləməkdən məhrum edilib.

Həmin oyundan sonra “oyun alqı-satqısının kralını “Qalatasaray” edib” deyən Yıldırım haqqında 7 “sarı-qırmızılı” azarkeş şikayət etmişdilər.

Bu cəza səbəbi ilə o, Türkiyə Superliqasının ilk iki həftəsini və basketbol çempionatının “Fənərbaxça” ilə “Anadolu Efes” arasındakı final seriyasını izləyə bilməyəcək.

Qeyd edək ki, prezidentin bu qərara etiraz etmək hüququ var.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Azərbaycan – Kanada (CANLI YAYIM)

%d bloqqer bunu bəyənir: