Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
103168

Fələstinli uşaqlar susuzluqdan imdad diləyir… – FOTOLAR

Fələstinin İsrail işğalı altındakı Iordan çayının Qərb sahilində (Qərb Şəriyə) yerləşən Kəfr Əl-Dik kəndinin sakinləri həddindən artıq acınacaqlı duruma düşüblər.

103165103165
103166
103167
Moderator.az-ın xarici KIV-ə istinadla verdiyi xəbərdən məlum olur ki, sözügedən ərazidə blokada şəraitində, bombardımanlardan, İsrail əsgərlərinin hücumlarından, ərzaq, dərman qıtlığından əziyyət çəkən müsəlmanlar digər yandan da iyun ayından bəri davam edən su qıtlığı problemi ilə üzləşiblər. Təbii ki, susuzluqdan da ən çox uşaqlar əziyyət çəkir. Qadın sakinlərdən biri belə deyir:

“İyunda su probelemi başlayandan bəri bələdiyyə yalnız həftədə iki dəfə 1 saat ərzində su verir. Mən hər gün hava proqnozunu yoxlayıram. Üç həftə öncə yağış demişdilər, amma yağmadı. İndi yalnız Allaha dua edirəm ki, yağış yağsın…”

Son aylar Fələstinin Qərbi Şəriyədə yerləşən digər yaşayış məntəqələri də kəskin su qıtlığı ilə üzləşiblər. Cenin və Hevron kimi kəndlərdə bəzən 40 gün su olmur…
103168

Xatırladaq ki, bu ilin Ramazan günlərində də İsrail hökuməti fələstinli müsəlmanların susuzluqdan əziyyət çəkməsinə səbəb olmuşdu.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: