Now Reading:
Fətullah Gülənə 1900 il həbs cəzası istənilir
Full Article 50 second read

Fətullah Gülənə 1900 il həbs cəzası istənilir



Türkiyənin Uşak rayon İkinci Ağır Cəza Məhkəməsi Fətullahçılarla (FETÖ) bağlı 1 il davam edən “paralel dövlət” işinin istintaqı çərçivəsində hazırlanan iddianaməni qəbul edib.

İddianamədə Fətullah Gülən əsas şübhəli qismində yer alıb.

Uşak Rayon Prokurorluğu tərəfindən hazırlanan iddianamədə 111 şübhəli şəxs silahlı terror təşkilatı qurmaq və idarə etmək, terroru maliyyələşdirmək, Konstitusiya quruluşunu dəyişməyə cəhd göstərmək, hökuməti aradan qaldırmağa təşəbbüs və dələduzluqda təqsirləndirilir.

Həmin şəxslərə 2 ildən ömürlük həbsə qədər müxtəlif cəzalar tələb olunur.

İddianamədə F. Gülən zorakı yolla Türkiyənin Konstitusiya quruluşunu dəyişmək və hökuməti devirməyə təşəbbüs göstərmək, silahlı terror təşkilatı qurmaq və idarə etmək, insanların dini inanc və duyğularından sui-istifadə edərək dələduzluq etmək və terroru maliyyələşdirməkdə günahlandırılır.

F. Gülən haqqında 2 dəfə ömürlük və 1900 il həbs cəzası tələb edilir.

İddianamədə Uşakda 1984-cü ildən fəaliyyət göstərən FETÖ-nün uzun illər rəsmi qurumlar və təhlükəsizlik strukturlarında təşkilatlanaraq dövlət arxivlərinə daxil olmağı bacardığı qeyd edilib. Maliyyə vəsaitlərinin vasitəçi şirkətlərin xətti ilə ABŞ-a göndərildiyi də vurğulanıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: