Advertisements
24 saat

“Fənərbaxça” çempionlar liqasına əlvida dedi


Futbol üzrə Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi baş tutmuş 10 oyun sona çatıb.

24saat.org-un xəbərinə görə, bu mərhələdə “Fənərbaxça” öz doğma meydanında 2:1 hesabı ilə məğlub etdiyi Monakoya bu dəfə 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırmalı olub.

 

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni yarımçıq qoyan klublardan biri də Ukraynanın “Şaxtyor” komandası olub.

 

Belə ki, “Şaxtyor” İsveçrənin “Yanq Boyz” kliubu ilə oyunda penaltilər zamanı məğlubiyyətlə barışıb.

“Qarabağ” mübarizəni Avropa Liqasının “play-off” mərhələsində davam etdirəcək.

 

“Monako” (Fransa) və “Yanq Boyz” (İsveçrə) klublarından əlavə, “Kopenhagen” (Danimarka), “Styaua” (Rumıniya), “Hapoel” (Beer Şeva, İsrail), “Ayaks” (Hollandiya), “Zalsburq” (Avstriya), “Rostov” (Rusiya), “Seltik” (Şotlandiya) və “Legiya” (Polşa) da Çempionlar Liqasında “play-off”a yüksələ bilib.

 

Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunları belədir:

 

21:45. “Kopenhagen” (Danimarka) – “Astra” (Rumıniya) – 3:0

Qollar: Andreas Kornelius, 14, 45+2, Fedeeriko Santander, 34

İlk oyun – 1:1

21:45. “Styaua” (Rumıniya) – “Sparta” (Çexiya) – 2:0

Qollar: Nikolae Stanku, 31; 63

Qırmızı vərəqə: Yakub Brabek, 51 (“Sparta”)

İlk oyun – 1:1

22:00. “Hapoel” (Beer Şeva, İsrail) – “Olimpiakos” (Yunanıstan) – 1:0

Qol: Şir Tsedek, 79

İlk oyun – 0:0

22:15. “Yanq Boyz” (İsveçrə) – “Şaxtyor” (Ukrayna) – 2:0 (PENALTİLƏRLƏ – 4:2)

Qollar: Yuyo Kubo, 24; 60

İlk oyun – 0:2

22:30. PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) – 1:2

Qollar: Stefanos Atanasiadis, 4 – Davi Klaassen, 45+1 – penaltilərlə; 88

İlk oyun – 1:1

22:30. “Zalsburq” (Avstriya) – “Partizani” (Albaniya) – 2:0

Qollar: Conatan Soriano, 76. Masiel Vanderson, 81

İlk oyun – 1:0

22:45. “Anderlext” (Belçika) – “Rostov” (Rusiya) – 0:2

Qollar: Kristian Noboa, 28. Sərdar Azmun, 47

İlk oyun – 2:2

22:45. “Seltik” (Şotlandiya) – “Astana” (Qazaxıstan) – 2:1

Qollar: Li Qriffits, 45+3 – penalti ilə; Mussa Dembele, 90+2 – Agim İbrahimi, 62

Qırmızı vərəqə: İqor Şitov, 90+1 (“Astana”)

İlk oyun – 1:1

22:45. “Legiya” (Polşa) – “Trençin” (Slovakiya) – 0:0

İlk oyun – 1:0

22:45. “Monako” (Fransa) – “Fənərbağça” (Türkiyə) – 3:1

Qollar: Valeri Jermen, 3; 65. Radamel Falkao, 18-penalti ilə – Emmanuel Emenike, 53

İlk oyun – 1:2

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: