Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Eyyub Hüseynovdan çiyələk xəbərdarlığı

“İsraildən gətirilən bu çiyələklərin GMO olduğunu düşünürəm”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov 24saat.org-a açıqlamasında satışda olan çiyələklərlə bağlı xəbərdarlıq edib. E.Hüseynov yüksək məhsuldarlığı ilə diqqət çəkən bu çiyələklərin GMO (genetically modified organism – Genetik Modifikasiya olunmuş Orqanizm) olduğu qənaətindədir:

“Son vaxtlar ölkəyə gətirilən və əkilən çiyələklər öz məhsuldarlığı ilə diqqət çəkir. Bu çiyələklərin İsraildən gətirilən GMO məhsulu olduğunu düşünürəm. Hesab edirəm ki, bu məsələnin daha ciddi araşdırılmasına, əlaqədar qurumların bu məsələyə xüsusi diqqət yetirməsinə ehtiyac var. İnsanlar da bu məsələdə diqqətli olmalı, GMO məhsullarından mümkün qədər uzaq durmalıdır”.

Seymur Əliyev

24saat.org

 

 

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İşsizliyin azaldılması üçün yeni proqram hazırlandı

%d bloqqer bunu bəyənir: