Eyyub Hüseynov Baş Baytarlıq İdarəsini “topa tutdu”


 

“Bu qurum ağzı bağlı şoraba bankalarına da yararlılıqla bağlı sənəd verir”

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseyov 24saat.org-a açıqlamasında Baş Baytarlıq İdarəsi ilə bağlı tənqidi fikirlər səsləndirib. Qış mövsümü ilə əlaqədar olaraq əhalinin turşu və şorabalara marağının artdığına diqqət çəkən E.Hüseynov, Baş Baytarlıq İdarəsinin bu məhsulların yararlılığı ilə bağlı lazımi səviyyədə monitorinq aparmadığını vurğulayıb:

“Qış mövsümü ilə əlaqədar olaraq istehlakçılarda şorabalara maraq artıb. Bu isə Baytarlıq İdarəsindən şoraba məhsulları ilə bağlı daha ciddi monitorinq aparmağı tələb edir. Lakin səhər-səhər bazarlara girsəniz görərsiniz ki, minlərlə ağzı bağlı şoraba bankası ilə bağlı müvafiq sənədlər veriblər. Ağzı açılmayan bir şeyi necə yoxlayıblar, onun istehlaka yararlı olduğunu necə müəyyənləşdiriblər? Bunu heç cür başa düşmək olmur.

Hesab edirəm ki, bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün yalandan və formallıqdan qurtulmaq lazımdır. Yoxsa müsbət mənada hansısa dəyişikliyə nail olmaq mümkün olmayacaq”.

 

Seymur Əliyev

 

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Prokuror “Nida”çıya 10 il iş istədi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: