Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Eynulla Fətullayev Elmar Hüseynovun qatilini gizlətməyə çalışır – VERSİYA

Haqqin.az portalının sahibi Eynulla Fətullayev facebook profilində 2005-ci ilin 2 mart tarixində müəmmalı şəkildə qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı daha bir açıqlama ilə çıxış edib.

O iddi edib ki, mərhum jurnalisti ləğv olunmuş MTN-inin sabiq generalı Akif Çovdarov qətlə yetirib:
“Deməli, bu quldur Akif Çovdarov 26 aprel 2006-cı ildə Almaniyada ürəklə bağlı ciddi əməliyyat keçirib. Bu gün vəkili açıqlama verib. 2005-ci ilin martın 2-də isə jurnalist Elmar Hüseynovu qətlə yetirib. 1 il 1 aydan sonra ürəyi dözməyib alçağın. Qorxudan!!! Çünki artıq çoxlarına məlum idi ki, Elmarı bu cəllad qətlə yetirib. Dairə qapanmışdı…”
Kifayət qədər ziddiyyətlərlə dolu iddiada Akif Çovdarovun quldur adlandırılmasından başqa inandırıcı heç nə görünməsə də, Fətullayev qanqsterin hadisədən 1 il 1 ay sonra ürək əməliyyatı keçirməsini absurd şəkildə məlum qətllə bağlamağa çalışıb. Hesab etmək olar ki, bununla da o, Elmar Hüseynovun hələ də tapılmayan qatillərininin üzərindən şübhəni yayındırmağa çalışıb.
Xatırladaq ki, Eynulla Fətullayev bir müddət “Monitor” jurnalında mərhum jurnalist Elmar Hüseynovla birlikdə çalışıb. Daha sonra həbsə atılan və azadlığa çıxdıqdan sonra müəmmalı gedişləri ilə ictimai nüfuzunu itirən Fətullayev son MTN hadisələrindən sonra baş verən bütün neqativ halları sanki bilərəkdən cinayətkar MTN generallarının adına bağlamaqla özünü MTn qurbanı kimi qələmə verməyə cahd edir.
Sonda qeyd edək ki, biz Fətullayevin bu iddiasının gözardı edilməməli olduğunu düşünsək də, hər halda Fətullayevin ciddi cəhdlə bütün neqativ hadisələri cinayətkar generallar Akif Çovdarovla Eldar Mahmudovun üzərinə atmasının düşünülmüş planın tərkib hissəsi olduğuna da diqqət çəkmək istəyirik.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Xədicə İsmayıl “Qaynar Qazan”da (II hissə): “İstintaqın mənə və vəkillərimə vermədiyi materiallar “Yeni Müsavat”a necə yol tapmışdı?”

%d bloqqer bunu bəyənir: