Eynulla Fətullayev keçmiş işçisi ilə qırğına çıxdı


Haqqın.az saytının rəhbəri Eynulla Fətullayevlə bu media quruluşunun keçmiş əməkdaşı Bəhram Batıyev arasında qalmaqal yaşanıb.

Eynulla Fətullayev bir neçə ay öncə haqqın.az-dan ayrılan Bəhram Batıyevin Azeri.Today adlı yeni saytı yaratmasına və orada yeni layihələrlə çıxış etməsinə qəzəblənib.

Eynulla Fətullayev Facebook sosial şəbəkəsidə yazıb ki, Bəhram Batıyev plagiatlığa gedərək haqqın.az-dakı layihələri oğurlayıb.

“Mənə bir şey maraqlıdır. Haqqın.az-ın materiallarının “kopyası” ilə məşğul olan Bəhram Batıyevin saytının işləməsi üçün kim pul verir? O, bizim konsepsiyanı oğurlayıb və sevinir. Bəhram Batıyevi qınamıram. Onun saytını maliyyələşdirən axmaqdır. Çünki bu sayt dəhşətli şəkildə “kopya” ilə məşğuldur”,-deyə Eynulla Fətullayev bildirib.

Onun bu statusundan sonra Facebook-da geniş müzakirələr başlayıb. Müzakirələrə qoşulanların bir qismi Eynullanı müdafiə edib, digər qismi isə Bəhramı.

İttiham olunan jurnalist Bəhram Batıyev isə cavabında deyib ki, heç bir plagiatlığa yol verməyib.

“Bu Eynullaya nə olub ki, özündən çıxdı?.. Halbuki, mən onunla yaxşı şəkildə vidalaşmışdım. Ancaq o məndən incikliyini gizlətmədi. Azeri.Today haqqın.az-dan köçürür? Güldürmə məni… Bizim saytda dərc edilən materiallar sənin yuxuna da girməzdi. Sənin yuxuna da gəlməzdi ki, məşhur jurnalistlər bizim saytda yazarlar.

Məgər bu iki ay ərzində kimsə məndən haqqın.az haqqında pis söz eşidib? Mən heç kimə pislik etməmişəm. Haqqın.az-dan gedişim barədə hələ 2 həftə qabaqcadan Eynullanı xəbərdar etmişdim”.( Modern.az)

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Maşallah Əhmədovun məhkəməsinin vaxtı açıqlandı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: