Loading...
Loading...

Evlərinin eyvanından “Formula-1”i izləyənlər cərimə olunmayacaqlar

“Baku City Circuit” əməliyyat şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai evlərinin eyvanından “Formula-1” yarışını izləyənlərin 900 manat məbləğində cərimə olunacaqları ilə bağlı gəzən söz-söhbətə münasibət bildirib.

Onun sözlərinə görə, “Formula-1” yarışının keçiriləcəyi yolların kənarındakı evlərdə yaşayanlar idman tədbirini izləyə biləcəklər.

“Bununla bağlı heç bir məhdudiyyət və cərimə nəzərdə tutulmayıb. Cərimə barədə məlumat həqiqətə uyğun deyil. Dövlət strukturlarının nümayəndələri həmin evlərdə yaşayanlarla fərdi söhbətlərində xəbərdarlıq ediblər ki, onlar eyvanlarından yollara nəsə tullasalar, bu halda cərimə olunacaqlar”, – N.Arpadarai deyib.(baku.ws)

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

GDU prorektoru haqda müdhiş dosye – Müraciət

%d bloqqer bunu bəyənir: