Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Evində alt paltarı tikirdi – İNDİ DÜNYANIN ƏN VARLI ADAMIDIR / FOTOLAR

İspanya tekstil nəhəngi Amancio Ortega (Amansio Orteqa), illər əvvəl cibində olan 100 dollardan az məbləğlə başladığı tekstil işində hazırda dünya lideridir.  O, ən zənginlər siyahısında Bill Gates (Bill Qeyts) ilə başa-baş yarış aparır.

24saat.ORG saytı xəbər verir ki, Ortega ötən həftə çərşənbə və cümə axşamı dünyanın ən zənginləri siyahısında Microsoftun qurucusu və əfsanəvi CEO-su Bill Gatesi geride qoyaraq bu iki gün ərzində dünyanın ən zəngin insanı olmağı bacarıb. Ancaq Gates cümə günü yenidən liderliyi əla alıb.

1
Orteganın bu müvəqqəti liderliyində “Zara”nın ana şirkəti “Inditex”in hissələrinin Çərşənbə günü 2,5% yüksəlməsinin böyük rolu olub.

2

Forbesin zənginlər siyahısında birinciliyin bu müvəqqəti dəyişməsində milyarderlərin əllərindəki hissələrin dəyər qazanmasının böyük təsiri olur.

3

Orteganın əlindəki hissələr bu yüksəlişlə birlikdə İspan tekstil nəhənginin şəxsi sərvətinin 1,7 milyard dollar artmasına səbəb olub. Ancaq şirkətin səhmləri Cümə etibarilə 2,8% dəyər itirdiyində bu qazanc silinib.

4

Orteqanın şəxsi sərvətinin 77,8 milyard, Gatesin isə 78,1 milyard dollar olduğu iddia olunur.

5

İspaniya La Corunada dəmiryolçu ailəsində doğulan Ortega, bu qədər zənginliyinə baxmayaraq göstərişsiz həyat sürməsiylə diqqət çəkir.

6

Məsləyə satış işçisi olaraq başlayan Ortega, bir müddət tekstil işində çalışdıqdan sonra öz işini qurub.

7

Ortega bu işə başlayanda cibində 100 dollardan az pul olub.

8

Ortega həyat yoldaşıyla birlikdə evlərində alt paltarları, pijama və gecəlik tikərək biznesə başlayıb.

9

Hal-hazırda evli olmayan cüt 1975-ci ildə “Zara” adını verdikləri ilk mağazalarını açıb. Açılışdan 8 il sonra Ortega, “Zara” mağazasını İspaniyada fərqli yerlərdə da açmağı da bacarıb. 1984-ci ildə  isə Orteganın İspaniyadakı mağazaları 10 min kvadrat metr yayılmışdı.

10

Şirkətini daha sonra “Inditex” adıyla böyüdən Ortega digər pərakəndə şirkətlərinin əksinə işini reklamın öhdəsinə buraxmayıb. Ortega onun yerinə satışlardan əldə etdiyi gəliri daha müvəffəqiyyətli ola biləcəyi sahələrə yatırıb.

11

Orteganın şirkətinin “Gap” və “H & M” kimi pərakəndə nəhəngləri arasında qəfil sıçrayışınınə şirkətin yeni məhsulları 3 həftə kimi qısa müddətdə bazara çıxara bilməsinin təsiri böyükdür.

12

Bu iki böyük pərakəndə şirkətində yeni məhsulların dizaynı, istehsalı, bölüşdürülməsi və satışı 5 ay kimi bir müddətdə reallaşarkən “Zara” bunu cəmisi 3 həftəyə tamamlayırdı.

13

Bu da alıcılara qısa müddət ərzində yeni məhsullar əldə etmək şansı verdiyindən, bu markaya maraq artmışdı.

ort

Ortega 2001-ci ildə milyarderlər dünyasına ilk dəfə ayaq basıb

ortega

Həmin il Orteganın fərdi sərvəti 6,6 milyard dollar olaraq rəsmiləşib.

orteq

O zaman dünyanın ən zəngin insanı olan Bill Gatesin sərvəti isə 58,7 milyard dollara bərabər idi.

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

MTN generalları torpaq vergisini də bələdiyyələrin özünə ödədib

%d bloqqer bunu bəyənir: