Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ev təhvil alarkən diqqətli olun – VİDEO

Əksər tikinti şirkətləri mənzilləri alıcılara təmirsiz vəziyyətdə təhvil verirlər. Bu isə həmin binaların gələcəkdə istismarında, eləcə də təmirində çətinliklər yaradır.

Məsələn, biri evini bu gün, digəri isə 2 il sonra və ya daha gec təmir etdirir. Bu isə fasiləsiz səs-küyə, elektrik sisteminə fərdi müdaxilələrə, binaların görkəminin ciddi şəkildə pozulmasına səbəb olur.
Qabaqcıl ölkələrin bir çoxunda tikinti şirkətləri adətən mənzilləri təmirli şəkildə satmağa üstünlük verirlər. Çünki bu binalarda yaşayış daha real və tez başa gəldiyindən insanların daha çox marağını çəkir.
Əmlak eksperti Ramil Osmanlı bildirir ki, tikinti şirkətləri təmirli mənzilə görə ümumi vəsaitin üzərinə çox pul qoyduğundan insanların bu mənzillərə marağı azalır. Ekpertin sözlərinə görə, tikinti şirkətləri təmirlə bağlı bütün materialları əslində çox ucuz qiymətə ala bilirlər.
Ramil Osmanlının fikrincə, təmirsiz mənzil satan şirkətlər adətən marketinq və müştəri məmnuniyyəti məsələsində təcrübəsiz olanlardır. (Xəzər Xəbər)

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Zəngin azərbaycanlıların övladları – Video

%d bloqqer bunu bəyənir: