Now Reading:
“Eurovision”da daha bir erməni təxribatı – VİDEO
Full Article 30 second read

“Eurovision”da daha bir erməni təxribatı – VİDEO



Bu gün İsveçin paytaxtı Stokholm şəhərində qəribə və son dərəcə həyasız bir aksiya baş verib. «Eurovision» mahnı yarışının keçirildiyi bu şəhərdə səmada qondarma «Dağlıq Qarabağ Respublikası»nı və erməni müğənni İvetanı dəstəkləyən şüarla təyyarə görünüb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarə yarışın keçirildiyi «Qloben-Arena»nın üzərində uçub.

Xatırladaq ki, mahnı yarışının yarımfinalında qadağan edilmiş «DQR» bayrağının nümayişindən sonra Avropa Yayım Birliyi erməni iştirakçıya xəbərdarlıq etmişdi ki, belə hal bir daha təkrarlanarsa, Ermənistan «Eurovision»dan xaric ediləcək.

Hal təkrarlandı, özü də daha həyasız şəkildə. Avropa sözünün üstündə dayanacaqmı?

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: