Loading...
Loading...

“Eurovision” təmsilçimiz ərindən ayrılır – VİDEO

Azərbaycanın “Eurovision – 2014” mahnı müsabiqəsinin təmsilçisi Dilarə Kazımova ilə həyat yoldaşı arasında soyuq küləklər əsir.

“Qafqazinfo”ya daxil olan məlumatına görə, Mərt Aslan adlı türkiyəli iş adamı ilə evlənin müğənni bir müddətdir ki, həyat yoldaşı ilə münasibətlərinə son qoyduğu bildirilir.

D. Kazımovanın Mərt Aslanla heç vaxt bir görüntülənməməsi söz-söhbətləriin daha da artmasına səbəb olub.

Daxil olan məlumata görə, “Eurovision” təmsilçimizin həyat yoldaşı anidən vətəninə qayıdıb, bu barədə müğənniyə xəbər verməyib.

Dilarənin Mərt Aslanla tezliklə boşanacağı yayılan xəbərlər sırasındadır.

“Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün sənətçi ilə əlaqə saxlamağa çalışıb.

Müğənnin köməkçisi Dilarə Kazımovanın bu barədə danışmaq istəmədiyini söyləyib:

“Şəxsi həyatı barədə danışmaq, müzakirə etmək istəmir . Dilarə mayın 25-də təqdim olunacaq yeni mahnısı ilə məşğuldur”.

Xatırladaq ki, müğənni Mərt Aslanla 2014-cü ilin sentyabr ayında ailə həyatı qurmuşdu..

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Nazir müavini sahibkarları təhqir etdi

Loading...
%d bloqqer bunu bəyənir: