Loading...
Loading...

“Eurovision-2016”nın ikinci yarımfinalçıları məlum oldu

Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb. ANS PRESS-in məlumatına görə, ikinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışır.

Yarımfinalda Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçikanın nümayəndələri çıxış edirlər.

Çıxışlardan sonra keçiriləcək 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb.

Səmra Rəhimli

Bununla mayın 14-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub. Bunlar Latviya, Gürcüstan, Bolqarıstan, Avstraliya, Ukrayna, Serbiya, Polşa, İsrail, Litva və Belçikadır.
Finala vəsiqə qazanmış təmsilçilər canlı şoudan sonra mətbuat konfransı keçirib.

Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən ölkələrin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunur. Finalda ümumən 26 ölkə iştirak edəcək. Finala birbaşa vəsiqə qazanan ölkələr – müsabiqənin bu ilki ev sahibi İsveç və “böyük beşlik” ölkələrindən Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində “Miracle” mahnısı ilə təmsil edən Səmra Rəhimli mayın 10-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Erməni silahlı bölmələri atəşkəs rejimini 112 dəfə pozub

%d bloqqer bunu bəyənir: