Loading...
Loading...
tramp

“Euromoney” Trampa görə Azərbaycanın risk dərəcəsini kəskin artırdı

8 ildir davam edən qlobal bank böhranı və digər qlobal iqtisadi problemlərlə bir vaxtda ABŞ-da respublikaçı Donald Trampın seçkilərdə qələbə qazanması qlobal siyasi riskləri kəskin artırıb.

Bu qənaətlə “Euromoney” jurnalı çıxış edir. Jurnal Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendumdan sonra ABŞ-dakı seçkilərin qlobal siyasi qeyri-müəyyənlik yaratdığını bildirir. Nəticədə jurnalın araşdırdığ 186 ölkədən 97-də iqtisadi risklər kəskin artıb. “Euromoney” bildirir ki, Azərbaycan, Konqo, Nigeriya kimi iqtisadiyyatı neftdən asılı olan ölkələrdə risklər daha çox yüksəlib.

Jurnalın analitikləri qeyd edir ki, Trampın prezidentliyi ciddi geosiyasi dəyişikliklərə, siyasi qeyri-müəyyənliklərə və digər problemlərə gətirib çıxara bilər. Hazırda maliyyə bazarları ABŞ-dakı seçkilərin nəticələri ilə bağlı təşviş içərisindədir. Bazarlar Trampın hər hərəkətini, nazir və müşavir təyinatlarını diqqətlə izləyəcək, onun iqtisadi və siyasi gündəmi bazarlara təsir göstərəcək. Analitiklər hesab edir ki, Trampın qələbəsi Avropa boyu sağçıların güclənməsinə və hakimiyyətə gəlişinə səbəb ola bilər.

Analitiklər Braziliya, Çin, Türkiyə kimi ölkələrin də risk dərəcəsinin kəskin artdığını bildirir. Çünki bu ölkələrdə iqtisadi risklər siyasi risklərlə bərabər artır. Jurnalın yazdıına görə Almaniyanın “Commerzbank”ının analitikləri Trampın qələbəsinin qlobal iqtisadiyyat üçün “Brexit”dən daha ciddi problem olduğunu qeyd edir. Çünki Tramp vergilərin kəskin ixtisarına və hərbi xərclərin artımına hazırlaşır. Bu da büdcədə ildə ÜDM-in 2 faizi həcmində kəsir yaranmasına səbəb olacaq. Xarici siyasətdə Tramp NATO-nu zəiflədəcək və bu da Rusiyanı Avropada yeni münaqişələr yaratmağa həvəsləndirəcək. Bu isə ciddi riskdir. “Ona görə də şlyapalarınızı bərk tutun, 2017-ci il çox çətin olacaq”-analitiklər xəbərdarlıq edir.

(virtualaz)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Banklarda dollar və avronun alış-satış qiymətləri – SİYAHI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: