Loading...
Loading...

Etiraf: HAKİMƏ RÜŞVƏT VERMİŞƏM

Sumqayıt şəhərində boru zavodu adlanan ərazidə məskunlaşmış məcburi köçkün ailəsi cumhuriyyət. az-ın elektron poçtuna olduqca ilginc məlumat göndərib. Məlumatda köçkün ailəsi Şamaxı rayonunun sabiq hakimi Təranə Talış qızı Hüseynovanın onların başına açdığı müdhüş oyunlardan bəhs edir.
Məcburi köçkün qeyd edir ki, məhkəmə çəkişməsi ilə bağlı aparılan işlərdə haqq-ədalət onun tərəfində olub. Mənə qarşı qanunsuzluq edən şəxsi məhkəməyə verdim:”Hakim Təranə Hüseynova məni arxayın etdi ki, qərarı haqlı tərəf siz olduğunuz üçün sizin lehinizə verəcəyəm. Bu işə görə məndən rüşvət də aldı. Mənə bildirdi ki, baxmayaraq ki, siz haqlı tərəfiniz ancaq qayda belədir ki, məhkəməyə işi düşən şəxslər müəyyən qədər pul verməlidirlər. Hakim dedi ki, mən hər ay aldığım puldan Heydər Əliyev Fonduna köçürmə etməliyəm. Bizi hakim təyin edəndə bu missiyanı da boynumuza qoyublar. Sözüm onda deyil. Təranə Hüseynova sonda mənim əleyhimə qərar qəbul etdi”.
Şikayətçi bildirir ki, artıq adı çəkilən hakim Şamaxı məhkəməsində çalışmır. O cumhuriyyet.az-a ünvanladığı məktubda yazır: “Mən buna etiraz olaraq, Şamaxıya getdim. Oradan mənə bildirdilər ki, Təranə xanım Cəbrayıl rayonuna hakim təyin olunub və artıq burdan gedib. Aldığım dəqiq məlumata görə qarşı tərəfdən külli miqdarda rüşvət alaraq, mənim əleyhimə qərar qəbul edib. Mən bu işi belə qoymayacağam. Bu adam utanmadan Heydər Əliyev Fondunu şantaj edir ki, hər ay ora pul ötürürəm. Mən bu haqda daha geniş açıqlama verəcəyəm. Hələliksə həm məhkəmə hüquq şurasına, həm də kiv-vasitələri ilə şikayətimi dövlətimizin başçısı cənab İlham Əliyevə çatdırmağa çalışacağam”.
Redaksiyadan: Yazıda səslənən ittihamla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Elçin İsmayıllı. Cumhuriyyət. az

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Atəşkəs yenə pozulub

Loading...
%d bloqqer bunu bəyənir: