Loading...
Loading...

Etibar Pirverdiyev və onu həbsə aparan yoxlamalar

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin tutduğu vəzifədən azad ediləcəyi barədə məlumat vermişdik.

Bu məlumatdan az sonra Etibar Pirverdiyevin səlahiyyətləri faktiki olaraq əlindən alındı. Prezident İlham Əliyevin “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) dəyişikliklər edilməsi haqqında imzaladığı sərəncam belə deməyə əsas verir. Bu sərəncamla “Azərenerji” ASC-nin dövlət proqramlarında iştirakına da son verilib. Onsuz da “Azərişıq”ın yaradılması ilə Etibar Pirverdiyevin səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınmışdı. Bu sərəncamdan sonra isə Etibar Pirverdiyev nəqliyyat naziri Ziya Məmmədov kimi “portfelsiz nazir”ə çevrilib. Lakin bu hələ son deyil. 24saat.org-a daxil olan məlumata görə, “Azərenerji” ASC-də maliyyə yoxlamalarına başlanılıb. Məlumatda deyilir ki, artıq ilkin araşdırmalar zamanı ciddi maliyyə pozuntuları aşkar edilib. Bu barədə artıq Prezident Administrasiyasına məlumat verilib. Qaynağımızın sözlərinə görə, yoxlamaların nəticəsi Etibar Pirverdiyev üçün acınacaqlı ola bilər. “Yoxlamalar hələ davam edir və əgər ilk araşdırmalar zamanı ciddi maliyyə pozuntuları aşkar olunubsa, deməli, daha dəhşətli faktlar hələ irəlidədir. Bu isə “Azərenerji”də həbslərə səbəb ola bilər. Hətta mümkündür ki, Etibar Pirverdiyev də işdən çıxarılmaqla canını qurtara bilməsin”, – deyə qaynağımız iddia edir.

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Mehman Əliyev: “Ya islahatlar ya da inqilab, üçüncü çıxış yolu yoxdur”

Loading...
%d bloqqer bunu bəyənir: