Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Etibar Məmmədov Türkiyədəki hadisələr BARƏDƏ: “Yaşlar da yanacaq”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov iyulun 15-dən 16-na keçən gecə Türkiyədəki hərbi çevrilişə cəhdə münasibət bildirib.

Etibar Məmmədov Modern.az-a açıqlamasında deyib ki, Türkiyədə əsas məsələ ordunun nüfuzunu bərpa etməkdir.

 

“Türkiyədə baş verən 15 iyul hadisələrindən sonra hələ ki, böyük “təmizləmə” prosesi gedir. Bu proses zamanı  quru ilə bərabər yaşlar da yanacaq. Yəni günahsız insanların da repressiyaya məruz qalması mümkündür və çox güman ki olacaq. Əlbəttə ki, hər şey siyasi təşkilatların gücündən və Türkiyə xalqının müqavimətindən asılıdır ki, bu repressiyalar növbəti bir avtoritar və yaxud totalitar rejimlə nəticələnməsin. Ən əsas məsələ isə Türkiyə dövlətinin qarşısında duran məsələ Silahlı Qüvvələrin – Türkiyə ordusunun nüfuzunun bərpa olunmasıdır”.

 

Etibar Məmmədov Türkiyə müxalifətinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ətrafında sıx birləşməsini də şərh edib:

 

“Hələ ki, Türkiyə müxalifəti ümumi təhlükəyə qarşı bir yerdədir. Ancaq ümumi təhlükə dəf ediləndən sonra kiminsə bu vəziyyətdən sui-istifadə edib hər şeyi ələ almaq cəhdi də ortalıqda olacaq. Bunun qarşısı alınmalıdır. Əsas vəzifə budur”

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rusiyada deputatlığa namizəd azərbaycanlı iş adamı həbs oluna bilər – SƏBƏB

%d bloqqer bunu bəyənir: