Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ermənistann”DQR-in tanınması” haqqında qanun layihəsini dəstəklədi

Ermənistan hökuməti “Dağlıq Qarabağ Respublikasının tanınması” haqqında qanun layihəsini dəstəkləyib.

Qanun layihəsi cümə axşamı Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan tərəfindən hökümətinin iclasına təqdim olunub.

Yaxın zamanda qanun layihəsi parlamentə təqdim olunacaq.

Mayın 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə münasibət bildirib. N.Məmmədov bildirib ki, bu, Ermənistan rəhbərliyinin növbəti təxribatıdır: “Görünür, aprelin əvvəllərində həyata keçirilən təxribatın davamıdır. Onlara cavab veriləcəyini bilirdilər. Əsas məqsədləri də bunu bəhanə edərək danışıqlar prosesini pozmaq, status-kvonu saxlamaq imiş. Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də danışıqlar prosesi heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, həmsədrlər bu məsələyə mütləq münasibət bildirməlidirlər”. (meydan.tv)

 

24saat.org erməni mətbuatına istinadən bildirir ki, qondarma DQR-ın səlahiyyətliləri artıq Ermənistan parlamentinin bu qərarına şərh verərək bildiriblər ki, qanun layihəsinin qəbulu Azərbaycanın özünü necə aparacağından asılıdır.

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Millət vəkilindən müharibə hədəsi

%d bloqqer bunu bəyənir: