Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
100299

Ermənistanın borcu rekord səviyyədə…

Ermənistanın Maliyyə Nazirliyinin hesabatına əsasən avqust ayında ölkənin borcu artıq 5, 7 milyard dollara gəlib çatıb. Lakin ilin sonuna qədər bu rəqəmin daha da artması gözlənilir.

Bu barədə Ermənistanın yeni təyin olunmuş maliyyə naziri Vardan Aramyan bəyan edib.

Onun sözlərinə görə, Ermənistanın xarici borcları ölkə ÜDM-nin 54,4%-nə bərabər olacaq.

Vardan Aramyan cəmi iki il ərzində, yəni 2015-2016-cı illərdə Ermənistanın borcunun birdən birə yüksək templə qalxaraq ölkə ÜDM-nin 43,7%-dən 54,4 %- qədər gəlib çatdığını bildirib:

“Biz iki il ərzində, 2014 və 2015-ci illərdə dövlət büdcəsində böyük 4,8%-lik kəsirə malik olmuşuq. İlin sonunda bu rəqəm çox güman ki, 5,9%-ə qədər qalxacaq. Bu səbəbdən maliyyə məsələlərində daha mühafizəkar davranmağa məcbur olacağıq”,- deyə Vardan Aramyan hökumətin iclasında bildirib.

Hesbatda kəsirlərin yaranmasının əsas səbəbi kimi xərclərin gəlirləri qat-qat üstələməsi, buna görə dövlətin külli miqdarda borca girməsi göstərilib.

Maliyə Nazirliyinin hesbatında borcla bağlı rəqəmlər daha aydın qeyd edilib. Əgər 2014-cü ilin avqustuna qədər Ermənistanın dövlət borcu 4 milyard 441 milyon ABŞ dolları təşkil edirdisə, bu ilin avqustunda bu rəqəm 5 milyard 484 milyon dollar olub. Yəni cəmi 1 il 8 ay ərzində Ermənistanın borcları birdən-birə 1 milyard dollardan çox artıb.

Hər halda görünən odur ki, yığılan borcların ödənməsi Ermənistanın sadə vətəndaşlarının cibinin hesabına olacaq. Ermənistanda qəbul olunan yeni vergi məcəlləsi də bunu göstərir. Karen Karapetyan hökuməti büdcədə ciddi ixtisarlar edib vergiləri artırmağa hazırlaşır.

“2017-ci ildə bizi olduqca sərt büdcə siyasəti gözləyir. Biz təxminən 70 milyardlıq (dram) gəlir gözləyirik. Bunu üçün isə büdcə xərclərindən 100 milyard dram kəsməli olacağıq”,- deyə baş nazir Karen Karapetyan bəyan edib.

Ermənistanda xüsusilə 2008-ci il böhranından sonra borclarla bağlı “nailiyyətlər” daha parlaq nəzərə çarpır.

Maliyyə Nazirliyinin və Milli Statistika Komitəsinin hesablamalarına görə, 2008-ci ilə qədər ölkənin ümumi daxili məhsulu 11,9 milyard dolara çatırdısa 2015-ci ildə bu rəqəm sadəcə 10,5 milyard dollar təşkil edib. Bundan başqa, 2008-ci ildə 1,9 milyard dollar olan dövlət borcu 2,6 dəfə artaraq 5 milyard dollar səviyəsinə gəlib çatıb.

İndi Ermənistanda hamını bir sual maraqlandırır. Alınan 3,5 miyardlıq kredit hara gedib.

Ermənistanın iqtisadçı esperti Artak Manukyanın sözlərinə görə, alınan kreditlər səmərəli xərclənməyib. “2019-cu ildə biz bu borcları ödəməyə böyük miqdarda pullar sərf edəcəyik. Bu kreditlər məqsədlərinə görə sərf olunmadığı üçün belə görünür ki, çox ciddi problemlərlə üzləşməli olacağıq”,- deyə o bildirib.

Ermənistanda isə borcların birdən-birə bu qədər artmasına əsas səbəb kimi ölkədə tüğyan edən total korrupsiya və alınan kreditlərin məmur-oliqarxların ciblərinə axması göstərilir.

Ermənistan mətbuatı Serj Sərkisyanın ictimai qəzəbdən qorunmaq məqsədilə bəzi məmurları gözdən çıxardığını bildirir.

Hər halda Karen Karapetyan hökumətdə iqtisadi bloku, demək olar ki, yeniləyib. Belə ki, maliyyə naziri Qaqik Xaçaturyan, , nəqliyyat və rabitə naziri Qaqik Beglaryan, kənd təsərrüfatı naziri Serqo Karapetyan, Enerji və təbii ehtiyatlar naziri Levon Yolyan öz vəzifələrindən azad ediliblər. Onları Vardan Aramyan (maliyyə), Vaan Martirosyan (Nəqliyyat), İqnati Arakelyan (kənd təsərrüfatı və Aşot Manukyan (enerji) əvəz ediblər.

Postlarından götürülən nazirlərin isə böyük sərvət sahibləri olduğu Ermənistanda heç kimə sirr deyil.

Məsələn, keçmiş maliyyə naziri Qaqik Xaçaturyan az qala ölkənin ən varlı adamı hesab olunur. Onun vergi bəyannaməsində isə sadəcə nazir maaşı ilə dolandığı qeyd olunub. Amma Xaçaturyanın övladları hər yerdə öz biznes uğurları ilə öyünürlər.

Qaqik Beqlaryanın isə İrəvanın mərkəzi rayonlarından birini faktiki olaraq “özəlləşdirdiyi” deyilir. Keçmiş nazir cangüdənlərinin sadə vətəndaşları əzişdirməsi faktları ilə daha çox gündəmə gəlib.

Serqo Karapetyana gəlincə isə onun bu nazir postuna “Orinats erkir” partiyasına verilən kvota sayəsində yiyələndiyi məlumdur. “Orinats erkir” hakim Respublika partiyası ilə koalisiyanı tərk edib müxalifətə keçməsindən sonra o partiyasını tərk edib və vəzifəsində qalıb. Mətbuatın yazdığına görə, keçmiş nazir vəzifədə olarkən ölkənin kənd təsərrüfatından daha çox, özünə məxsus olan “Artaşat konserv zavodu”nun qayğısına qalıb.

Karen Karapetyanın ölkə iqtisadiyyatını “kölgə”dən çıxaracağı, dövlətin biznes sahəsinə dəstək verəcəyi barədə gurultulu bəyanatlarına hələlik inanan yoxdur.

“Çiçəklənən Ermənistan” partiyasının sədri Naira Zohrabyana görə Karapetyanın oliqarxlarla mübarizə aparıb iqtisadiyyatı “kölgə” vəziyyətindən vergi sahəsinə çıxarması qeyri-mümkündür. “Çünki məhz bu oliqarxlar Respublika partiyasının qabaqda gələn parlament seçkilərində qələbəsini təmin etməlidirlər. Onlar Respublika partiyasının qızıl sponsorlarıdır” deyə Zohrabyan “Azadlıq” radiosunun Ermənistan bürosuna verdiyi müsahibədə bildirib.

“Əlbəttə, Ermənistan iqtisadiyyatında kölgə olmaması, ölkədə inhisarçılığın, korrpusiyaçı dövlət sisteminin ləğv edilməsi bəsit həqiqətlərdir. Lakin addımlar atılacaqmı, düzünü desəm, bu məsələdə heç optimist deyiləm. Qoy mən ölkənin ən pessimist insanı adlandırsınlar, ancaq elmi-fantastik ssenarilərə inanmıram”,- deyə Zohrabyan qeyd edib.

Naira Zohrabyan yeni nazirlərin partiyasız olmasının da vəziyyəti dəyişdirəcəyini söyləyib : “Oyun qaydalarına tabe olmaq üçün sinəndə partiya nişanını gəzdimrək o qədər də vacib deyil. Karapetyan bu hakimiyyətin baş naziridir və hakimiyyətin qoyduğu qaydalar çərçivəsində hərəkət edəcək”.(Musavat.com)

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

“Fərat Qalxanı”nda ağır itki: 15 şəhid, 35 yaralı – SON DƏQİQƏ

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: