Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ermənistanın baş naziri Qarabağda cəbhə xəttində

Mayın 8-də işğal altındakı Azərbaycan ərazilərinə gələrək separatçı rejimin başçıları ilə görüşən Ermənistanın baş naziri Ovik Abramyan bu gün cəbhə xəttində olub.

Erməni KİV-lərinin məlumatında deyilir ki, Abramyan “Dağlıq Qarabağ və Azərbaycan hərbçilərinin təmas xəttinə” gəlib.

Baş nazir aprel uğursuzluqlarından və ağır itkilərdən sonra ruh düşkünlüyünə qapılan işğalçı ordunun hərbçilərinə bir sıra vədlər verib. Abramyan ermənilərin son döyüşlərdəki “qəhrəmanlıqları” barədə nağıllar danışmağı da unutmayıb. Ancaq rəsmi xəbərlərdə erməni baş nazirin cəbhənin hansı istiqamətində olduğu konkretləşdirilməyib.(musavat.com)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

60 milyon insanın qatilinin azərbaycanlılara müraciəti – NADİR FOTOSƏNƏDLƏR

%d bloqqer bunu bəyənir: